525.Az

Müqəddəs və məsul missiya: “İstənilən halda yazmaq”


 

Müqəddəs və məsul missiya: “İstənilən halda yazmaq” <b style="color:red"></b> “...İstənilən halda yazmaq lazımdır. ...yazılan qalır” – bu cümlələr Vilayət QuliyevinSon illərin yazılarıadlı kitabına (Bakı, “Ozan”, 2009, 600 səh. Elmi redaktoru ön sözün müəllifi Asif Rüstəmli) müəllifin giriş əvəzi yazdığıBir neçə sözdəndir ki, az qala əsr yarım bundan əvvəl yeni ədəbiyyatımızın yaradıcısı Mirzə Fətəli AxundovunMən məsləkimdən əl çəkən deyiləm milli mətbuatımızın banisi Həsən bəy ZərdabininHeç olmaz ki, doğru söz yerdə qalsıncümlələrinin ruh əkizi kimi diqqətimi çəkdi. Doğrudur, bugünkü müasir, müstəqil, azad Azərbaycanın, yeni yüksəliş inkişaf mərhələsini yaşayan ölkəmizin mövcud mənzərəsi ətalət, cəhalət, mövhumat, zülmət tənəzzülün içərisində boğulan XIX əsr Azərbaycan cəmiyyətindən, həmin dövrün ictimai-siyasi, tarixi durumundan kəskin fərqlənsə , vicdanlı qələmin başlıca qayəsi, məramı, məqsədi, missiyası dəyişməyib: xalqa, onun tərəqqisinə, milli, mənəvi, mədəni dəyərlərin qorunması zənginləşməsinə xidmət etmək.

 

Prof. Vilayət Quliyevi tanıdığım son 25 il ərzində onun həyatında öz təbiri ilə desək, “taleyin qəribə gözlənilməz töhfəsisayəsində çox ciddi dəyişikliklər olub. Onun tərcümeyi-halının bəzi səhifələrinə qısaca nəzər salaq. Bəhs etdiyimiz dövrdə Vilayət Quliyev AMEA Ədəbiyyat İnstitutunun direktor müavini işləmiş, (1987-1992) bir müddət qardaş Türkiyədə elmi-pedaqoji fəaliyyət göstərmişdir (1992-1994), müstəqil dövlətimizin ilk Milli Məclisinin deputatı olmuş (1995-2000) Azərbaycan Respublikasının xarici işlər naziri (1999-2004), Azərbaycanın Polşada (2004-2010) fövqəladə səlahiyyətli səfiri kimi çalışmışdır. Hazırda müstəqil Azərbaycanın ilk diplomatlarından olan V.Quliyev ölkəmizin Macarıstanda fövqəladə səlahiyyətli səfiridir. O, 1990- ildə Bakı universitetindəAzərbaycan filoloji fikri rus ədəbi ictimai mühiti (XIX əsrin birinci yarısı) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (1990), Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “VətənCəmiyyəti İdarə heyətinin, “Ulduzjurnalı Elmqəzeti redaksiya heyətinin üzvü, “Millətqəzetinin baş redaktoru olmuşdur (1992).

 

Ötən illər ərzində V.Quliyevin həyatında dəyişməyən cəhətlər, xüsusiyyətlər olub: YAZMAQ! Vicdanla, ehtirasla, sevərək, məsuliyyətlə, qəlbin səsi hökmü ilə yazmaq. Yaxşı xatırlayıram, “VətənCəmiyyəti onun orqanıOdlar yurduyenicə fəaliyyətə başlayanda Xalq yazıçısı, “VətənCəmiyyəti Rəyasət Heyətinin sədri Elçin qəzetin ilk nömrələrinin birinin müzakirəsi zamanıletuçkada redaksiya qarşısında çox ciddi hədəflərin durduğunu, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, dili, digər milli-mənəvi, mədəni dəyərlər, ölkədə, regionda baş verən ictimai-siyasi proseslər, problemlər barədə dərin, dolğun, sanballı materialların verilməsinin zəruriliyini qeyd etdi xüsusi vurğuladı ki, istedadlı qələm sahiblərini əməkdaşlığa cəlb etmək, qəzetdəAzərbaycan ədəbiyyatı”, “Azərbaycan tarixi”, “Azərbaycan dili s. kimi rubrikalar açmaq sahə mütəxəssislərinin məqalələrini müntəzəm vermək lazımdır. Həmin dövrdən Azərbaycan klassik müasir ədəbiyyat xadimləri, onların həyat, yaradıcılığı barədə Vilayət Quliyevin bir-birinin ardınca, demək olar ki, qəzetin hər nömrəsindəAzərbaycan ədəbiyyatırubrikası ilə maraqlı məqalələri dərc olunmağa başladı. Fikrimcə, elə həmin dövrdən – “Odlar yurduilə əməkdaşlıqdan sonra Vilayət Quliyevin mühacirətşünaslığın, onun müxtəlif problemlərinin araşdırılmasına meyli, marağı daha da artmışdı. Vilayət Quliyevin həmin dövr ondan sonrakı yaradıcılığını izləsək, qənaətlərimiz üçün ciddi zəmin əsasların olduğu üzə çıxar. Bəlkə həmin vaxtlardaOdlar yurdunda dərc olunanDünyanı dolaşanAzərbaycanadlı məqaləsini (burada ilk dəfə mühacir həmvətənimiz Kərim OdərinAzərbaycanadlı kitabından bəhs olunurdu) Vilayət Quliyevin sonrakı axtarışlarının başlanğıcı hesab etmək olar.

 

Ölkəmiz üçün çox mürəkkəb bir dövrlərdə dövlət xadimi kimi məsul bir vəzifədə çalışan prof. V.Quliyev bir an da olsun qələmindən ayrılmamışdır. Əslində, Vilayət Quliyevin vəzifələri (xarici işlər naziri, səfir) ilə yazdıqları arasında dərin, möhkəm əlaqələrin olduğu da inkaredilməzdir. Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində mühüm rol oynayan, onu xaricdə təmsil edən hər kəsin ölkəmizin tarixi, onun görkəmli dövlət, elm, mədəniyyət, ədəbiyyat xadimləri barədə bilməsi vacibdir. Həmin şəxsin özü bu işləxalqın tarixində taleyində iz qoyanların həyat, fəaliyyətinin araşdırılması, dəyərləndirilməsi ilə birbaşa məşğuldursa, üstəgəl bu işi həvəskar yox, peşəkar səviyyədə həyata keçirirsə, bu, daha çox təqdirəlayiqdir. V.Quliyevin tədqiqatları nəticəsində Azərbaycan tarixinin parlaq, nəhəng, lakin təəssüf ki, az tanınan, yaxud heç tanınmayan simalarının, görkəmli şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin, qələm-kəlam sahiblərinin, mütəfəkkirlərin, elm, ədəbiyyat adamlarının portretlərindən ibarət bütöv qalereya yaranmışdır.

 

Türk-islam dünyasının böyük ideoloqlarından, mümtaz mütəfəkkir, publisist, redaktor, müəllim, milliyyətçi, Azərbaycanın ilk hərbi-siyasi təşkilatının – “Difaipartiyasının yaradıcısı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Əhməd bəy Ağaoğlunun, XX əsrin ən böyük türkoloqlarından biri, “Azərbaycan yurd bilgisijurnalının naşiri, redaktoru, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğlunun, XIX əsrin sonu XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının liderlərindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, Şərqdə ilk demokratik Respublika Parlamentinin sədri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Mərdan bəy Topçubaşovun həyatı fəaliyyətinin işıqlandırılmasında, dəyərləndirilməsində V.Quliyevin əməyi əvəzsizdir. O, Əhməd bəy Ağaoğlunun (2007-ci il), Əhməd Cəfəroğlunun (2008) “Seçilmiş əsərlərini tərtib etmiş, onlara ön söz yazmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin qatili Torlakyanın məhkəmə prosesi ilə bağlı kitabı (2008), eləcə Türkiyənin tanınmış siyasi xadimi dövlət adamı, məşhur yazıçı Səməd AğaoğlununHekayələr, memuarlar” (2008), Azərbaycan, ingilis fransız dillərində işıq üzü görənAzərbaycanın Paris Sülh Konfransından tələbləri” (2008) əsərləri V.Quliyevin gərgin əməyi, səyi sayəsində işıq üzü görmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi qeyd olunduğu dövrdə isə Vilayət Quliyev Paris Sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaçovun öz hökumətinə göndərdiyi diplomatik sənədləriParis məktublarıadı altında geniş müqəddimə şərhlərlə Azərbaycan rus dillərində çap etdirmişdir (1998).

 

Bu bir həqiqətdir ki, “...imzası, ədəbi-tənqidi fikirdə öz dəst xətti, məntiqi prinsipiallığı ilə seçilən” (Asif Rüstəmli) V.Quliyevin müraciət etdiyi mövzular həm aktuallığı, həm əhəmiyyəti ilə diqqəti çəkir, böyük maraq doğurur. Müəllifin oxucularına təqdim etdiyi qəhrəmanlar əməlləri əsərləri ilə iz buraxmış, özlərindən sonra zəngin irs qoymuşlar. Lakin sovet rejimi kommunist ideologiyasının hakim olduğu Sovet İttifaqında bu xadimlərin fəaliyyətinə kölgə salınmış, faktlar, hadisələr saxtalaşdırılmış, qərəzlə qələmə alınmışdır. Vilayət Quliyevin qələminin gücü, onun problemə yanaşma tərzi, publisistin sənətkarlıq məharəti toxunulan məsələnin daha dərindən, obyektiv, inandırıcı təhlili dəyərləndirilməsi ilə bərabər dilinin sadəliyi, eyni zamanda zənginliyi, obrazlılığı, canlı oynaq olması mövzunu daha  maraqlı daha cazibədar edir.

 

MüəllifinXIX əsrin sonuXX yüzilliyin əvvəllərində təkcə övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biriadlandırdığıƏhməd Ağaoğluna həsr olunan məqaləsini V.Quliyev qəhrəmanını türk alimi Fəxrəddin Gülsevəndən tanınmış türk yazıçıları Peyami Səfa Şükufə Nihaldan, eləcə türkçülüyün inkişafına böyük töhfə vermiş Yusif Akçuradan gətirdiyi sitatlarla başlayır. Fəxrəddin Gülsevənin sevə-sevəheysiyyətli möhtəşəm bir mütəfəkkir, mərd cəsur mübarizə adamı, professor maarifçi, usta qəzetəçi-yazar, dürüst siyasətçi, hürriyyət demokratiya aşiqi, milliyyətçi inqilabçı ziyalı, inanılmış vəfalı dost, yaxşı ailə başçısı, şəfqətli ata, böyük insan, heykəlləşmiş şəxsiyyətadlandırdığı Əhməd Ağaoğlunun tərcümeyi-halı yaradıcılıq yolunu, fəaliyyətini V.Quliyev böyük məhəbbətlə izləyir. Onun Şuşada ilk, Peterburqda, Sorbonnada ali təhsilə yiyələnməsini qeyd edir, Parisin nüfuzlu mətbu orqanlarında Şərq-türk-islam dünyası ilə bağlı ciddi silsilə məqalələrindən, Londonda şərqşünasların IX Beynəlxalq konqresindəki çıxışından, Azərbaycan əsilli böyük mütəfəkkir Şeyx Cəmaləddin Əfqani ilə tanışlığından, Parisdən sonra doğma yurdu Şuşaya qayıdışından, orada müəllimlik fəaliyyətindən məhəbbət fəxarətlə söz açır.

 

Müəllif Peterburq, Paris, İstanbul mühitinin təsiri ilə yetişən, xalqına daha çox fayda vermək arzusu ilə yaşayan, həyatını böyük ideallara sərf etmək istəyən Ə.Ağaoğlunun Bakıdakı fəaliyyətindənAzərbaycan ziyalılarının o dövrdəki əsas tribunası sayılanKaspiHəyat”, eləcə İrşad”, “Tərəqqiqəzetlərindəki fəaliyyətindən, “Difaipartiyasının yaradılmasından geniş bəhs edir. V.Quliyev Ə.Ağaoğlu publisistikasının mövzusunu, toxunduğu problemləri dərindən təhlil edir, lazımınca dəyərləndirir, həmçinin dardüşüncə ziyalılarla Əhməd bəyin arasında baş verən ixtilaflara aydınlıq gətirir, qənaətlərini dahi Üzeyir HacıbəylininTərəqqiqəzetində dərc olunan məqaləsindəki sözlərlə əsaslandırır.

 

Prof. Vilayət Quliyev Əhməd bəy Ağaoğlunun ötən əsrin 20-30-cu illərində elmi, bədii, publisistik yaradıcılığını, ictimai-siyasi fəaliyyətini geniş işıqlandırır, “Əhməd bəy AğaoğluAtatürkmünasibətlərindən, İstanbuldan uzaqlaşdırıldıqdan sonrakı Ankara həyatından bəhs edir, həmçinin Türkiyənin ictimai-siyasi-ədəbi-mədəni mühitində parlaq iz qoymuş Ağaoğlular nəslinin digər nümayəndələri barədə geniş söz açır.

 

Ədəbi dünyanın fədaisi” (Vaqif Yusifli) V.Quliyev səriştəli tədqiqatçı, mahir publisistdir. O, Ə.Ağaoğlunun həyat fəaliyyətinin bütün sahələrini arxiv sənədlərinə, etibarlı mənbə məxəzlərə əsasən araşdırır. Təsadüfi deyil ki, axtarışlar tədqiqatçıya yeni-yeni mövzular da verir. Elə V.QuliyevinAtasına layiq oğulSəməd Ağaoğluadlı irihəcmli məqaləsi müəllifin Əhməd bəy Ağaoğlu izi ilə getdiyi zaman qarşısına çıxan faktlardan ərsəyə gəlmişdir. Müəllif Əhməd bəy Ağaoğlu haqqında ölkəmizdə, Türkiyədə, həmçinin xarici ölkələrdə qələmə alınan materialları diqqətlə nəzərdən keçirir bu qənaətlə yazını yekunlaşdırır: “Əhməd bəy Ağaoğlunun böyük şəxsiyyəti zəngin irsi ilə müqayisədə bütün bunlar hələlik sadəcə yaxşı başlanğıc sayıla bilər. Əslində, müdriklərin dediyi kimi, çətini başlamaqdır”.

 

Doğrudan da, çətini başlamaqdır. V.Quliyev qələmini ötən əsrin 70-ci illərinin sonu 80-ci illərin əvvəllərində sınağa çəkmiş, yazmağa başlamışdır. Bu, ümumən yaradıcılığa başlamaqdır. Lakin hər mövzuya baş vurmağın, məqaləyə başlamağın, bitirməyin səfası olduğu kimi öz cəfası, çətinliyi olur. Yazmaq məsuliyyət tələb edir. Ciddi, taleyüklü mövzu bu məsuliyyəti ikiqat artırır. Ötən əsrin 30-40- illərindən dünya türkoloqları arasında öz sözü, nüfuzu özünəməxsus dəst-xətti ilə seçilən, sayılan prof. Əhməd Cəfəroğlu barəsində V.Quliyevin qələmə aldığıƏhməd Cəfəroğlu: Gəncədən bütün türk dünyasınaadlı sanballı məqaləsi istedadlı alimin öz üzərinə götürdüyü missiyaya qədər məsuliyyətlə yanaşdığına parlaq nümunədir. Məqaləyə maraqlı girişlə başlayan müəllif göstərir ki, Azərbaycan istiqlalı uğrunda ideoloji mübarizə aparan, eyni zamanda türkologiyanın inkişafına misilsiz töhfələr verən Ə.Cəfəroğlunuifşa etməküçün sovet rejimi dönəmində həyata keçirilən çirkin təbliğat kampaniyasına baxmayaraq, ötən əsrin 70-ci illərinin tələbələri qəlblərinin dərinliklərində olsa da, mühacir professorun fikirlərinə bəraət qazandırırdılar. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, “Əhməd Cəfəroğlunun cazibədar şəxsiyyətindən, zəngin həyat yolu ensiklopedik miqyaslı filoloji irsindən daha geniş şəkildə xəbər tutmaq imkanıyarananda V.Quliyev mücahid alimin həyat yaradıcılığının tədqiq edilməsinə, onun doğma Vətənində tanıdılmasına ilk təşəbbüs göstərənlərdən oldu.

 

Vilayət Quliyev prof. Əhməd Cəfəroğlunun (1899-1975) ömür yolunaağrılı, acılı uşaqlıq illərinə, Kiyevdə təhsil aldığı, topçu zabit kimi Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərkibində daşnak-bolşeviklərlə mübarizə dövrünə nəzər salır, İstanbul, Berlin Breslau universitetlərində türkologiya sahəsində ali təhsilə yiyələndiyini, biliklərini təkmilləşdirdiyini qeyd edir. Maraqlı yazı manerası mövzuya özünəməxsus yanaşma tərzi olan V.Quliyev Ə.Cəfəroğlunun tarixi xidmətlərini daha real, qabarıq, faktlara istinad etməklə elmi-kütləvi dildə, canlı, obrazlı ifadələrlə çatdırmağa üstünlük verir. O, Əhməd Cəfəroğlunun istiqlal uğrunda mübarizəsindən bəhs edərkən onun qızının, sənətşünas-professor Nazan Ölçərin məktubundan sitat gətirməklə mücahidin öz əqidəsinə, tutduğu yola sədaqətinə, polad iradəsinə heyranlığını gizlətmir: “Azad Azərbaycan Cümhuriyyətinin bayrağı da hər zaman, son nəfəsinə qədər yatağının başında durdu”.

 

Prof. Osman Fikri Sərtqayanın hazırladığı biblioqrafik göstəriciyə görə 1923-1969-cu illərdə Ə.Cəfəroğlunun müxtəlif dillərdə, müxtəlif ölkələrdə 350 əsəri nəşr olunmuşdur. Avropanın ən nüfuzlu universitetlərində müntəzəm şəkildə mühazirələr oxuyan prof. Ə.Cəfəroğlu dünyanın bir sıra tanınmış cəmiyyət akademiyalarına üzv seçilmiş, əməyi çox sayda təltiflərlə, mükafatlarla dəyərləndirilmişdir. V.Quliyev haqlı olaraq Ə.Cəfəroğlunun redaktoru naşiri olduğuAzərbaycan yurd bilgisinin (1932-1934, 1957), eləcə Türk amacı” (1942-1943) jurnallarının fəaliyyəti üzərində geniş dayanır, nəşrlərin tarixi xidmətləri, məramı, proqramı, yazarları, toxunduğu mövzular haqqında oxucularını məlumatlandırır. Əhməd Cəfəroğlunutürk dili dialektologiyasının pionerlərindən biriadlandıran V.Quliyev görkəmli alimin azərbaycanşünaslıq sahəsindəki əvəzsiz xidmətlərindən ayrıca bəhs edir, onun bu sahədə indi aktuallığını itirməyən əsərlərinin əhəmiyyətindən danışır. Türkoloq, tərcüməçi, naşir, redaktor Əhməd Cəfəroğlu barədə məqaləsini maraqlı mülahizə ilə bitirir: “Türk müəlliflərindən birinin dəqiq müşahidə etdiyi kimi, Əhməd Cəfəroğlunun ən şah əsəri isə, heç şübhəsiz, dünya miqyasında tanınan qızı, muzeyşünas alim Nazan Ölçər-Cəfəroğludur. Nazan xanım atasının türk dili, ədəbiyyatı folkloru sahəsində başladığı yarım əsr şərəflə daşıdığı estafeti türk xalq sənəti sahəsində eyni uğurla davam etdirir. Kiçik ailə sülaləsiata qız son səksən il ərzində türk mədəniyyətinin öyrənilməsinə, dünya miqyasında təbliğinə əvəzsiz töhfə vermişlər”.

 

Əlbəttə, məqalənin belə yekunlaşdırılması eyni zamanda müəllifin oxucunu növbəti maraqlı mövzuya hazırlamasıdır. Bundan sonra, oxucu heç şübhəsiz ki, imzanı izləməyə prof. Nazan Ölçər haqqında daha geniş yazı gözləməyə başlayır. Vilayət Quliyev auditoriyanı çox intizarda saxlamır bir müddət sonra onunİstanbulda bir xanımNazan Ölçəradlı oçerki mətbuatda dərc olunur. Beynəlxalq Muzeylər Şurasının, Muzey Memarlığı Texnologiyası üzrə Beynəlxalq Komitənin, YUNESKO Türkiyə Milli Komitəsinin üzvü, 25 il (1978-2003) Türk İslam Əsərləri Muzeyinə rəhbərlik etmiş, Saqib Sabançı Muzeyinin direktoru, Azərbaycan əsilli dünya şöhrətli türkoloq prof. Əhməd Cəfəroğlunun qızı Nazan Ölçəri, səhv etmirəmsə, Vilayət Quliyev ilk dəfə bu əsəri ilə Azərbaycan ictimaiyyətinə tanıtmışdır. Publisist Erdal Şəfəq TürkiyəninSabahqəzetində dərc etdirdiyiAtlı köşkdə bir saraylıadlı yazısında Nazan Ölçəri kilim xalı tədqiqatları sahəsində Yer kürəsində tayı-bərabəri olmayan muzey mütəxəssisi kimi dəyərləndirir. Onun başçılıq etdiyi muzeyin adı dünyanın Luvr, Metropoliten, Ermitaj, Prado, Vatikan kimi məşhur mədəniyyət xəzinələri ilə bir sırada çəkilir. Vilayət Quliyevin bu qəbildən olan yazılarından biri Türk ordusunun azərbaycanlı generallarıBərköz qardaşlarıadlı yazısıdır ki, oxucular arasında böyük maraq əks-səda doğurmuşdur. Xüsusi vurğulamağa ehtiyac vardır ki, hər bir azərbaycanlının qürur, sevinc, fərəh mənbəyinə çevrilən bu səpgili yazıların qəhrəmanları barədə V.Quliyev qəlbinin səsi ilə, Vətən millət sevgisindən doğan duyğularla yazır. Təsadüfi deyil ki, əslən Şəkidən olan adları müasir türk hərb tarixinə düşmüş generallar Məhəmməd Nuru Hacı İlyas oğlu Sarıkərimli, Mehmet Nuri Bərköz Mahmud Bərköz qardaşları barədə yazı oxucuda ən xoş ovqat, hisslər yaradır. General qardaşların şanlı hərb, döyüş yolunu epizodlarla, konkret faktlarla işıqlandıran müəllif araşdırmalar zamanı Türkiyə ordusunda yüksək mövqe tutan başqa bir azərbaycanlı hərbçiyenə əslən Şəkidən olan general Həsən Behcətin adına rast gəldiyini yazır türk millətinin türk dövlətinin İstiqlal Savaşına töhfələrini vermiş həmvətənlərimizin xatirəsinin ölkəmizdə əbədiləşdirilməsini vacib hesab edir.

 

Fenomenal yaddaşa malik” (Teymur Kərimli) Vilayət Quliyev bir neçə xarici dili bilir təsadüfi deyil ki, dünya ədəbiyyatından dəyərli tərcümələr etmişdir. Yeri gəlmişkən, onun ingilis rus dilindən tərcümələri ayrıca məqalə mövzusudur. Məşhur ingilis yazıçısı Corc Oruellin 150 cildlikDünya ədəbiyyatı kitabxanasıseriyasında çap olunan “1984”, “Kataloniyaya məhəbbətləromanlarını Heyvanıstanpovestini orijinaldan ana dilimizə çevirməklə Vilayət Quliyev bədii tərcümə sənətimizə həqiqətən böyük töhfə vermişdir.

 

Məmnunluq məsuliyyət hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan tarixinin qaranlıq, lakin diqqətəlayiq səhifələrinə, milli, mənəvi dəyərlərə, xalqımızın yetişdirdiyi parlaq şəxsiyyətlərin həyat fəaliyyətinə həsr etdiyiQərib mühacir: Mehmet Sadiq Aran”, “Kazımbəylər: iki əsr Rusiya ilə birlikdə”, “İsa Sultan Şahtaxtinskinin qəribə həyatı”, “Polşa tatarları Azərbaycan dövlətçiliyinin xidmətində. General Masey Sulkeviç”, “Polşa tatarları Azərbaycan dövlətçiliyinin xidmətində. General Kriçinski qardaşları digər əsərləri ilə V.Quliyev həm ədəbiyyatşünaslar, həm tarixçilər, həm ölkəmizi xaricdə təmsil edən diplomatlar üçün yaxşı nümunə, örnəkdir.

 

Son iki ildə onun Polşada rus dilində çap etdirdiyiPolşadakı Azərbaycan siyasi mühacirətinin irsindən (1930-cu illər”) Polşa tatarları Azərbaycandakitabları tariximizin az öyrənilmiş səhifələrinə, Azərbaycan-Polşa əlaqələrinə işıq tutmaq baxımından diqqətəlayiqdir. Təsadüfi deyil ki, bu əsərlər polyak alimlərinin diqqətini çəkib tezliklə hər iki kitab polyak dilində çap olunacaq.

 

Macarıstanda aktiv diplomatik fəaliyyətini davam etdirməklə bir sırada (təkcə elə Budapeştdə ömürlük həbs cəzası çəkən azərbaycanlı zabit Ramil Səfərovun Vətənə ekstradisiyası nəyə desən dəyər!) Vilayət Quliyevhəmişə yazmaqprinsipindən uzaq düşməmişdir. OnunBəkir Çobanzadə Budapeştdə”, “1956- il macar üsyanının azərbaycanlı qurbanları”, “Macarıstanda turançılıqkimi ciddi araşdırmaları  Azərbaycan-Macarıstan əlaqələrində kifayət qədər maraqlı öyrənilməyə layiq səhifələrin olduğunu, onların tədqiqatçı nəfəsinə ehtiyac duyduqlarını aşkara çıxarmışdır.

 

İstedadlı alimin, tanınmış diplomatın bu sahədə fədakar fəaliyyətini bundan sonra da eyni uğurla davam etdirəcəyi aydındır. O ki, qaldı həyatındakı bütün dəyişikliklərə nailiyyətlərə, bunları Vilayət Quliyev kimitaleyin qəribə gözlənilməz töhfəsi, istedad halal zəhmətin bəhrəsi kimi dəyərləndirmək olar. Əsas odur ki, 60 yaşın zirvəsindən geri boylananda ətrafa nur saçan parlaq izini, ömür yolunu bəzəyən əməllərinin nişanələrini görə biləsən.

 

Bir istənilən halda yazmaq”, üzərinə götürdüyün mürəkkəb məsul missiyanı davam etdirmək əzmindən heç vaxt dönməyəsən!

 

Dörddə bir əsr ərzində tanıdığım, son illərdə çox nadir hallarda görüşdüyüm, sadəcə yaradıcılığı, yazıları vasitəsi ilə ünsiyyət saxladığım yorulmaz qələm dostum, diplomat, alim, ictimai xadim, ziyalı vətəndaş Vilayət Quliyevin fəaliyyətinin bütün sahələrinə bundan sonra da məhz bu şəkildə davam edəcəyinə dərindən inanıram.

 

 





07.12.2012    çap et  çap et