525.Az

İntiqam Əliyev son söz deyəcək


 

İntiqam Əliyev son söz deyəcək<b style="color:red"></b>

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Modern.az saytına açıqlamasında vəkil Şəhla Hümbətova bildirib ki, hakim Fikrət Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev də iştirak edib:
 
“Prosesdə müdafiə tərəfinin çıxışları oldu. Çıxışımız əsasən İntiqam Əliyevə çıxarılacaq hökmün qanunsuz və əsassız olacağı üzərində qurulmuşdu. Demək olar ki, proses yekunlaşmaq üzrədir.

Növbəti məhkəmə aprelin 22-nə təxirə salındı. Gözlənilir ki, sabah İntiqam Əliyev son söz deyəcək. Hakimdən hökmün sabah elan ediləcəyin soruşsaq da, bunu bilmədi”.

İntiqam Əliyev 2014-cü ildə avqustun 8-də tutulub.

O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Ötən prosesdə prokuror məhkəmədən İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 





21.04.2015    çap et  çap et