525.Az

FHN Biləcəridəki partlayışla bağlı məlumat yaydı


 

FHN Biləcəridəki partlayışla bağlı məlumat yaydı<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi də məlum hadisə ilə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Müəyyən olunub ki, partlayış nəticəsində yanğın olmayıb, sex və ona bitişik tikili zədələnib. İlkin məlumata əsasən 3 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

 





07.12.2012    çap et  çap et