525.Az

«Danışan» güllər


 

«Danışan» güllər<b style="color:red"></b>

Firəngiz AĞALAR

HƏR GÜLÜN ÖZ DİLİ VAR

Çiçəklər həyatımızda vacib rol oynayır - toyları buketsiz, evlərimizi dibçəksiz təsəvvür eləmirik. Amma bəzən ağlımıza da gəlmir ki, hər gülün öz mənası, öz «dil»i var. Güllər isə lap çoxdan «danışmağa» başlayıblar.

XVIII əsrin əvvələrində İsveç kralı II Karl Fars körfəzindən Avropaya yeni «dil» gətirdi; bu, çiçəklərin «şərq dili» idi. Zanbağın, yasəmənin sirlərindən çiçəklərlə bağlı digər bölmələrdən bəhs edən çiçək lüğətləri XVIII əsrdə geniş yayılmağa başladı.

Çiçəklərin rəngi sizə çox şey deyə bilər. Məsələn, qızılgülün qarasının - hüzn kədərin, qırmızısının isə sevginin rəmzi olduğunu eşitməyən yoxdur. Yapon mədəniyyətində sarı rəng işığın günəşin simvoludur, ona görə yaponlar sarı rəngli gülü xeyir aydınlıq arzuladıqları şəxslərə bağışlayırlar. Narınıcı rəng isə güc, qüdrət qüruru simvolizə edir. Göy rəngli çiçəklər həsrət, vəfa mənasını verir, bu rəngdə çiçəkləri adətən orduya yola düşənlərə bağışlayırlar. Təmtəraqlı bənövşəyi rəng dostluğun, yaşıl - sülhün rəmzidir. rəng  isə təmizliyi, incəliyi, hüznü anladır. 

Hər bir gül fərdi olaraq hansısa insan hissinin rəmzi kimi qəbul edilir. Məsələn, akasiya -  platonik sevgi, jasmin - nəzakət, çəhrayı akasiya- zəriflik, zəngçiçəyi - deyingənlik, amarant -  ölməzlik, amarillisgözəlliyə heyranlıq, lavanda - etibarsızlıq, anemon- kövrəklik, inciçiçəyi - qayıtmış xoşbəxtlik, astra - qəm, zanbaq - ciddilik,  reyhan - nifrət, ikrah, narıncı zanbaqgüclü nifrət, maqnoliya - sizi sevmək istəyirəm, məxmərgülü - qısamüddətli səadət, beqoniya - təhlükə, şübhə, mimoza -  utancaqlıq, yemişan çiçəyiümid, mərsin - itmiş sevgi, nanə - isti hisslər, minaçiçəyi - həssaslıq, nərgiz - eqoizm, həmişəbahar - narahatlıq, su zanbağı - qəlb təmizliyi, orxideya - gözəllik, sarmaşıq - barışıq, pionutancaqlıq, qırmızı qərənfil - ehtiras, qərənfil - kədər, sarı qərənfil - nifrət, qarçiçəyi - təsəlli, qızılgül - sükut, qırmızı qızılgül - sevgi, sevgi əzabı, soğangülü - etiraf, sarı qızılgül - vəfasızlıq, rozmarinsizin iştirakınız mənə xoşdur, yasəmən - ilk sevgi həyəcanı, lalə - sevgi etirafı, bənövşə -  ciddilik, qortenziyasoyuqluq, xrizantem - salamlama anlamını verir.

Əgər siz hansısa gülü mənasına görə təqdim etməyə çəkinirsinizsə, onda ən yaxşısı çiçəklərdən ibarət buket bağışlamaqdır. Amma unutmayaq, sevdiklərimizə bağışladığımız hər bir gül mənasından asılı olmayaraq əslində onlara verdiyimiz yüksək dəyərin diqqətin rəmzidir. Bu kiçik rəmz isə çoxlarına böyük xoşbəxtlik hissi yaşada bilər 

 





07.12.2012    çap et  çap et