525.Az

Misir Mərdanov: “Bizim müəllim nüfuzunu qaldırmaqdan savayı yolumuz yoxdur”


 

 Misir Mərdanov: “Bizim müəllim nüfuzunu qaldırmaqdan savayı yolumuz yoxdur”

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı hazırda çox ciddi iş aparılır.

Bunu 525.az-a özəl açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib: “Hazırda təkliflər Nazirlər Kabinetindədir: “Burada müəyyən ekspertiza keçirildikdən sonra müvafiq qərar veriləcək. Müəllimlərə hazırda bu və ya digər dövlət idarələrində çalışan dövlət qulluqçularının statusuna yaxın bir status verilməlidir. Burada bütün məsələlər öz əksini tapmalıdır. Bizim müəllim nüfuzunu qaldırmaqdan savayı yolumuz yoxdur. Burada müəllimlərin sosial müdafiəsi və digər məsələlər də öz əksini tapmalıdır”.

S.QARAYEVA

 





14.09.2012    çap et  çap et