525.Az

“Şeirin peşində bir ömür: Məmməd İsmayıl”


 

“Şeirin peşində bir ömür: <b style="color:red">Məmməd İsmayıl”</b>

Ustad şairimiz Məmməd İsmayıl ədəbi uğurlarıyla dünyanın müxtəlif məkanlarında Azərbaycan ədəbiyyatının üfüqlərini genişləndirməkdə davam edir. Xüsusilə, yola saldığımız bu il onun üçün uğurlu olub. Fevral ayında Moskvada yayınlananVmesto pismakitabı ilə əlaqədar Rusyanın paytaxtında keçirilən çox uğurlu imza günləri ilə bağlı qəzetimizdə xəbər məqalələr dərc etmiş, il boyu dünyanın çeşidli mətbuat orqanlarında çap olunan əsərləri ilə bağlı xəbərləri oxucularımıza çatdırmışıq. Bu günlərdə şairin Türkiyədə çalışdığı Çanaqqala 18 Mart UniversitetindəMəmməd İsmayıl Günükeçirilib Ankarada yayınlananUnutduğun yerdəyimkitabının təqdimat mərasimi olub. Həmin görüşdən hazırlanmış yazını dərc edirik.

Ümit YAVAŞ

Çanaqqala 18 Mart Universiteti

Sözdən söz açmaq istəyirəm, həm sözün ən qiymətlisi olan şeirdən! Keçdiyimiz günlərdə Çanaqqalada bənzərinə az rastlanan bir proqram gerçəkləşdi. Azərbaycanın türk dünyasının böyük şairi, müəllimim, ustadım dostum Məmməd İsmayıla həsr olunmuşdu bu proqram:”Şiirin Peşində Bir Ömür: Məhməd İsmail”!

Köçmən bir göyərçindir Məmməd İsmayıl, hər köçdüyü yerə həsrət gətirən. Muhamməd bir güldür, hər görənə səadət verən. bir yağmurdur, düşdüyü yerə bərəkət gətirən. Hər tanıyanda qürbət, hər tanıyana məhəbbət izləri buraxan, amma dostlarını yalnız buraxmayan bir dost.

O gün varsa Məmməd İsmayıla dair həm Ona aid idi.O gün Çanaqqalanın daşı, torpağı da Məmməd İsmayıl qoxuyurdu. Özünün söyləmiylətoy günündə övladlarım dediyi tələbələri dostları onu yalnız buraxmamışdı. Bir ay idi ondan xəbərsiztoyunaciddi hazırlıq görülür, toy sahibinə gizli sürprizlər hazırlanırdı. “Toygünü Çanaqqalanın küçə meydanlarını Məmməd İsmayılsevərləri onunla görüşə səsləyən rəngli afişalar bəzəyirdi. Troya Kültür Mərkəzinin binasının ən uca görünən yerində azman portreti asılmışdı, Mərkəzin geniş foyesində şairimizin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri dünyanın onlarla ölkəsində yayınlanan əllidən çox kitabı sərgilənirdi.Bu isə görüşə gələnlərə görüşünə gəldikləri böyük insanın uzun mənalı həyatının müxtəlif dövrləri ilə tanış olmağa imkan verirdi. Troya Kültür Mərkəzinin böyük salonuna Ankaradan, İstanbuldan, Kaysəridən, Çanaqqaladan Türkiyənin dörd bir yanından Məmməd İsmayılsevərlər toplanmışdı. Hocamızın söylədiyi kimi şairin kariyeri yox, kaderi var sevilmək Məmməd İsmayılın kaderiydi. Hələ Sovetlər dönəmində Türkiyəyə gəlməyin yasaq olduğu zamanlarda yazdığıMən Dardanel boğazıyam, hamı məndən keçib gedərmisraları ilə tamamlanan şeiri onun gerçək kaderi olmuştu. Niyə Bosfor deyil, Cəbbəlütariq deyil, Dardanel? Niyə Türkiyənin başqa bir şəhəri deyil, ona fəaliyyət meydanı olaraq Çanaqqala seçildi? Buna kader deməyib deyəsən? Çanaqqala 17 sənədir Məmməd İsmayılı, seçilmiş bu kader şairini bağrına basmaq bahtiyarlığını yaşıyırdı Məmməd İsmayıl dadünyanın bəlkə ən qutsal yeridediyi Çanaqqalada şeirlərini qələmə alırdı. Kainat da bu gün böyük şairə sevgisini göstərirdi sanki. Bir həftə öncəsinə qədər qışı tam anlamıyla hissədən şəhər günlük- günəşlik olmuşdu birdən. Şüphəsiz bu Məmməd İsmayılın tale uğuruydu. Gecə, gündüz kimiydi, ondörd gecəlik ay qaranlıqları işıl-işıl çırağban edirdi. Şübhəsiz bu da Məmməd İsmayılın tale aydınlığıydı.

Tıklım- tıklım ağzına qədər dolu olan Çanaqqala 18 Mart Univesitetinin ən böyük salonu hələ belə bir böyük sevgi ilə təşkil olunan görüşə şahidlik etməmişdi. Mövzu, bəhs Məmməd İsmayıl olunca gücünü itirirdi zaman; sürətlə axır, saatlar saatları qovurdu, buna baxmayaraq kimsə yerindən qımıldanmır, bu sirli, sehirli görüşün bitməsini istəmirdi.Hər gözəl hadisə kimi bu görüş son bulsa da, ancaq xatirimizdəxoş bir sədaburaxacaqdı.

Məmməd İsmayılın mübarizəsi Türklük üzərinə olsa da əslində onun ən böyük sevdası vətəni Azərbaycandır. Məmməd İsmayılın olduğu hər yerdə onunla bərəbərAtadan, anadan, yardan irəli varmış sevgilisi vətən adındadediyi Azərbaycan da vardır.Ona görə bu mübarək görüşün təşkilatçıları səhnədə Türkiyə bayrağı ilə Azərbaycan bayrağını birlikdə dalğalandırır, Türkiyə dövlət marşı ilə Azərbaycan dövlət himni yanaşı oxudulurdu... bu proqramın gerçəkləşdirilməsinin əsas məqsədi dünyanın tanıdığı böyük bir şəxsiyyəti on yeddi ildir yaşadığı çalışdığı bir şəhərdə layiqi ilə anlada bilməkdi...

Açılışını Eyitim fakültəsinin dekanı, Türk Dili ədəbiyyatı bölümünün başqanı professor Ramazan Güləndamın yaptığı proqram iki bölümdən ibarətdi. Çıxışında, böyük şairə duyduğu minnəti dilə gətirən, dünyaca ünlü bir şairlə birlikdə çalışmaqdan duyduğu bəxtiyarlıqdan bəhs edən R. Güləndam Məmməd İsmayıl şeirinin böyük gücündən örnəklər gətirərək çıxışını tamamladı.Sözlərinin sonunda proqram boyu salona toplaşanları sürprizlərin gözlədiyini xəbər verməklə sanki böyük şairi bir an sonra baş verəcək əsas gözlənilməzliyə hazırlayırdı. Ramazan bəy M.İsmayılın gözbəbəyi,”anamın adında can buldudediyi sevgili qızı Gülzar İsmayılın Finlandiyadan bu görüşə gəldiyini müjdələməsi ilə Məmməd İsmayıl göz yaşlarını tuta bilmədi. Bu duyğu dolu anlarda salon ata-balanı ayaqda alqışladı.Məmməd İsmayıl, qızına sarılıb onu uzun- uzun bağrına basdı bəlkə şair zamansız itirdiyi anasının qoxusunu ciyərparasından alırdı o anlarda...Həsrət ya sevinc yaşları idi bilinməz, ata-bala göz yaşları tökürdü, salona toplaşanların böyük çoxluğu da onlara qoşulmuşdu...

Onu da vurğulamaq yerinə düşər ki, böyük şairi gözləyən sürprizlər bununla da bitməyəcəkdi.Görüşü hazırlayanlar ustadlarından xəbərsiz yoldaşlarından (müəllimlərdən tutmuş, bərbərinə, çayçısına qədər!) şairin dünyanın müxtəlif ölkələrində yaşamaq zorunda qalan qızlarından, nəvələrindən aldıqları müsahibələrlə həyatının müxtəlif mərhələlərini əks etdirən fotolar lent yazılarından hazırlanmış materiallarla onu hələ çox kövrəldəcəklərdi...

 Məmməd İsmayılın qonşuluğunda yaşamaq, Füzuli, Nizami Gəncəvi, Baki, Nədim ilə aynı çağda yaşamaq kimi bir şeydir, şeir dadında bir yaşamdırşəklində dilə gəlirdi Məmməd İsmayıl sevgisi, eyni bölümdə çalışdıqları doc. Doktor Gülgün Yazıcının dodaqlarında.

Hazırlanan videoların izlənməsinin ardından səhnəyə qızı Gülzar İsmayıl çağırıldı. Bir ata olaraq Məmməd İsmayılı anladan Gülzar xanım, atasının şeirlərinin ilk oxucusu olduğunu dilə gətirib bir xatirəsini onu diqqətlə dinləyən sənətsevərlərlə bölüşdü. “Atam əvvəllər hər yeni şeirini mənə oxuyardı hər şeirini oxumadan öncədiyirşəklində bir söz işlədərdi. Mən bir dəfə soruşdum ki, ata bu şeiri sən yazmadınmı, nədəndiyirdeyirsən, kimdi deyən?Atam bu sözlərimdən sonra, “Bəlkə heç özün bilmədən bir sirrə toxundun, qızım,” –dedi. Şeiri katiblik edib yazan mənəm, yazdırana isə ... Tanrımı, ilhamı deyək, bilmirəm?” Bu sözlərin ardından atasının məmləkət həsrətindən, vətəndəki böyük fəaliyyətindən hələlik yarımçıq qalan işlərindən təsirli bir şəkildə söz açdı Gülzar xanım.

Sonra şairin digər qızları Könül Sevincdən gələn videolar göstərildi. Lapsəki şəhər bələdiyyəsi dünyaya gəldiyi ay olduğundan noyabrıMəmməd İsmayıl ayıelan etmiş, məktəblillər arasında onun şeirlərini ona həsr olunan şeirlərin oxunuş yarışması keçirmişdi. Bu yarışın qalibi olan iki gənc proqrama dəvət olunmuşdu.Hasan İnanın şairinYaman darıxmışam səninçin, ana Yağmur Yaşilbaşlının isə şair Mustafa Bərçinin Məmməd İsmayıla həsr etdiyi şeirini səsləndirdilər. Hər iki ifa salonda toplananlar tərəfindən bəyini ilə qarşılandı.

...proqramın ən gözlənən anı çatdı: Məmməd İsmayıl kürsüyə dəvət edildi.Alqışlar altında səhnəyə çıxan şairin duyğuları sözlərinə yansıdı.”Bu elə bir sevgi, elə bir sevin ki, Allah hər kəsə bunu yaşmağı nəsib etsindeyərək çıxışına başlayan Məmməd İsmayıl duyduğu böyük məmnuniyyəti dilə gətirdi. Bir qartal göy üzündə necə rahat isə Məmməd İsmayıl da səhnədə o qədər rahatdı. Çıxışıyla salonu gah güldürən, gah ağladan şair, sözlərinə belə davam etdi:”Türk coğrafiyası dallı-budaqlı bir ağaca bənzəyir, bu ağacın kökləri Tanrı Himalay dağlarında, gövdəsi Orta Asiya bozqırlarında, dal-budaqları Qafqazlarda, filizləri-çiçək açan yeri isə Anadoludadır, amma çiçəklər budaqsız, budaqlar gövdəsiz, gövdələr köksüz mövcud ola bilməz...”. Bir-biri ardına şeirlərlə salonu inlətən şair konuşmasını kitabın önəmini anlatan bu sözləriylə bitirdi:”Dostlar burda kitabla bağlı çox gözəl sözlər söyləndi, mövzu kitab təqdimatı olduğundan mən kitabla bağlı fikrimi sizlərlə bölüşmək istəyirəm: İnsanlığın ən büyük kəşfi heç şübhəsiz kitabdır möhtəşəmliyi ilə bu kəşfi başqa heç bir kəşflə müqayisə etmək olmaz. Kitab içində dünyanın ən böyük fikirlərini barındırıp keçmişdən gələcəyə yol güdən bir gəmiyə bənzəyir.Ən qəmli çağlarınızda kitabla başbaşa isəniz deməli əsla yalnız deyilsiniz. Fransızların çox önəmli yazarı Mopasandan ən yaxın etibarlı dostunun kim olduğunu soruşanda-kitabdır,- cavabını vermişdi. Səbəbini soruşanda:“ Oxuduğunuz bir kitabı hansı səhifəsində isə yarımçıq qoyub səfərə getsəniz aylardan, illərdən sonra geri döndüyünüzdə yenə eyni masanın üstündə eyni səhifədə yolunuzu gözlədiyini görəcəksiniz, həm çoxdan unutduğunuz yerdə! Hansı etibarlı dost insanın yolunu bir bu qədər gözləyə bilər? Bəlkə bu gün sizə təqdim olunan kitabımın adınınUnutduğun yerdəyimadlandırılmasının bir səbəbi elə budur.İnsan nəyinisə hardasa unudub gedir, yadına düşdüyündə həyəcanlanıb unudulduğundan əlavə bir dəyərə qovuşan nəsnəni aramağa başlayır. Amma unudulan nəsnənin unudulduğu eyninə deyil, çünki, o unudulduğu yerdədir:

Tütsüsü kənara çıxmaz hər odun,

Haqqı bulanların şairiyəm mən.,

Bacara bilsəniz məni unudun,

Unudulanların şairiyəm mən.

...Canım da adımın ögey vətəni

Tükənən günləri bu gün-sabahda.

Mənəm içinizdə suçunuz! Məni

Unutmaq da çətin, xatırlamaq da...

Unudulanlar yox, unudanlar utansın!

Amma hocamızda şeirin gətirdiyi ruhi haldı bu.Bu necə unudulmaqdır ki, ondan xəbərsiz onu sevən hər kəs onun mutluluğu üçün səfərbər olmuşdu...

Şairin konuşmasının ardından qısa fasilədən sonra onun yaradıcılığına həsr olunmuş konfransa keçildi. Gələn qonuqlar sanki Məmməd İsmayılın yaradıcılığını şəxsiyyətini öymək yarışına girmişdilər.Sözə, illərcə birlikdə çalışdığı hazırda İstambul Kültür Universitetinə işləyən Rəkin Ərtəm hoca başladı:”Məmməd İsmayılın şeirlərini incələsəniz görəcəksiniz ki, ən çox təkrarladığı iki kəlmə var: payız ölüm. Ancaq Onu tanıyanlar bu iki kəlməni onunla bağdaşdırmazlar, çünkü o mübarizə, hayat dolu, canlı bir kişidir. Amma şairlər hər zaman qürbətdədir hər zaman da qərib!.Bəlkə buna görədir ki, Məmməd İsmayılın şeirlərində bu iki kəlimə daha çox səslənir.Onun xatırlatdığı qürbət Türkiyə vəya Çanaqqala deyil əslində dünya üzərində bir yer heç deyil.Onunçün dünya sürgün yeridir gurbət həyatın özüdür.Onun başlıca dərdi Qaracaoğlanın söyləmiyləbir ayrılıq, bir yoxsulluq, bir ölümdür”.

Daha sonra sözü büyük şair, yazar Məmməd İsmayılın qədim dostu Ali Akbaş aldı. Məmməd İsmayılla uzun illərdən bəri sürən dostluqlarının başlanmasını anlatan şair sözlərinə belə davam etdi :”Məmməd İsmayıl, hələ dünyadan, dünyanın dərdlərindən, kədərlərindən xəbərsiz bir körpə ikən atasından ayrılmış; atası cəphəyə gedərkən daha yaşyarmında olduğu üçün, yazıq ki, zehnində ölümə gedən bir atanın surəti belə qalmamışdır.Məmməd İsmayıl illər sonra yazdığıAta şəklişeirində bunu ağrılı bir şəkildə dilə gətirir.Bu həzin ayrılıqda alnına yetimlik möhrü vurulan Məmməd İsmayıl eyni zamanda daha çiçəyi burnunda bir gəlin ikən, əlinin xınası belə solmadan ərini ikinci cahan hərbinin qan barut qoxuyan cəphələrinə göndərən bu savaşta ömür-gün yoldaşını itirən şahbaz bir ananın; Gülzar nənənin oğludur...O igid qadının oğlu olduğundan, ayağını yerə daha sağlam basa bilmiş, bir yetim olaraq böyüsə həyata sımsıxı tutunmayı bacarmışdır...” Çıxışı ilə izləyənlərə duyğulu anlar yaşadan Ali Akbaşdan sonra sözü yenə əski bir dostu yoldaşı Kültür üniversitetinin professoru Vahit Türk aldı. Məmməd İsmayılın Çanaqqalaya gəliş hekayəsini izləyənlərlə paylaşan Vahit Türk çıxışından ağlımda qalanlar:” Kafedra müdiri olduğum zamanlarda bölümümüzə Məmməd İsmayılın gələcəyini öyrəndim. Əski bir dostum olan, yaxın zamanda Haqqa uğurladığımız Turhan Yazgana telefon etdim Məmməd İsmayıl kimdir deyə sordum. Mənə söylədiyi şeyçalışqan birazdəlidiroldu. Bu sözlərdən sonra qəlbim rahatladı çünki bilirdim ki, “dəlilərdən zərər gəlməz həm mən özüm birazdəliydim. O gündən sonra dostluğumuz başladı hələ sürüb gitməkdə”. Məmməd İsmayılınUnuttuğun yerdəyimisimli kitabını Türkiyə Türkçəsinə uyğunlaşdıran İmdat Avşar bəy çıxışında şeirləri uyğunlaşdırarkən duyduğu hislərini anlatdı:” Məmməd İsmayıl ağabəyin böyük bir şair olduğunu bilirdim, ancaq şeirləri üzərində çalışmağa başladıqdan sonra ehtişamının dərəcəsini anladım, necə böyük bir dahi ilə qarşı qarşıya olduğumu o zaman fərq etdim.M.İsmayılın şeirləri iki təməl üzərində yüksəlir.Bunlardan birincisi, onu düyaya gətirənana”, ikincisi isə üzünü belə görmədiyiatadır. Ancaq onun şeirlərindəkiana sevgisibirdənbirə böyüyüb vətən sevgisinə, “ata həsrətiisə Türklük şüruna dönüşür. Çox mutluyum ki bu kitab yayınlandı”.

Konfransı son çıxışçısı Kültür universitetinin professoru Ömür Ceylan oldu.O da Vahit Türk, Rəkin Ərtəm, Ramazan Güləndam kimi bir zamanlar Məmməd İsmayılın yoldaşı olmuşdu. Məmməd İsmayılın şeirlərinin dərin qatları ilə bağlı ipucları verən Ömür Ceylanın çıxışından bunları yadımda saxladım:” Birlikdə keçirdiyimiz hər gün onu daha yaxından tanıma fürsəti bulurdum. Özündən danışmağı sevməzdi. Əsirlər öncə yaşamış şairlərin şeirlərindən yola çıxaraq fikir söyləməyə alışqan olduğumdan özümə güvənirdim təbii ki?!. Ağlımın kəsdiyi qədər hər vasitə ilə sözü Azərbaycana keçmişə götürərək onu çözməyə çalışırdım. Bir şairi, gerçək bir şairi çözmənin, kainatın sirrini çözmək qədər zor olduğunu anladığımda bir neçə ayı boşuna itirmişdim. Birlikdə çıxtığımız bir Asos səyahəti sırasında ona bunlara bənzər suallar sormuşdum: “Bir şeiri tamamlamaq qədər zamanınızı alır? Aradığınız kəlməni bulmaq üçün uzun zamanlara ehtiyac qalırmı? Şeiri kağıza tökmədən öncə zehninizdə qədər zaman gəzdirirsiniz?” Belə cavab vermişdi onda: “Mən şeiri zehnimdə deyil, ürəyimdə gəzdirirəm. Şeir mənə, duyduğum kimi gəlir. Gəldikdən sonra da yeni doğan yavrusunu bağrına basan bir ana misalı onu olduğu kimi qucaqlayıram!” Paul Valeriyİlk misra Tanrı vergisidir!”Məmməd smayıl Bəydə isə bütün misralar Tanrı vergisidir. Çanaqqalada Məmməd İsmayıl Bəyə yaxın olduğum iki il, milli-mənəi bir öyrənmə dönəmi oldu mənimçün. Məmməd İsmayıl bəyi tanıyana qədər Dədə Qoqud, Nizami, Nəsimi, Füzuli kimi Türk böyüklərinin zamanlarında yaşayıb onlarla görüşə bilmədiyim üçün özümü şansız sayır hərdən məni iyrimici əsrə atan taleyimə üsyan edirdim.Bu dev ürəyi tanıdıqdan sonra isə onu millətimizə bağışlayan, məni Məmməd İsmayıl əsrinə onunla birgə olma bəxtiyarlığına layiq görən Tanrıya şükür edirəm.

 Əslində Ömür bəyin bu son cümlələri konfransın leytmotivi ola bilərdi. Konfransın ardından Məmməd İsmayıl dostları sevənləri üçün kitablarını imzaladı. Büyülü söhbətləri orda da sürüb getdi.Özünün mənim indiyə qədər oxucularımla keçirilən ən iyi görüşümdediyi bu proqramdan yaddaşımda qalanları sizlərə çatdırmağa çalışdım. Bir qəzet məqaləsində nağıl kimi keçən dörd saatlıq görüş haqqında yazdıqlarımın az olduğunu düşünürəm.Amma o dörd saatlıq görüşün abı-havasını çatdırmaq baxımından işə yarayacağına da şübhəm yoxdur...Sürç-i lisan (ağzımdan yanlış bir şey çıxdısa )etdiysəm əhfola. Sözümü Məmməd İsmayıl hocamızın misraları ilə bitirmək istəyirəm:

Yaşamaya ömrün ardı

Tapınmağa Pirin ola

Gəlməyə bir yerin vardı

Getməyə bir yerin ola...”


Sevgilər salamlar!...

 





07.12.2012    çap et  çap et