525.Az

Nigar Yaqublu barəsində olan həbs-qətimkan ev dustaqlığı ilə əvəzlənmədi


 

Nigar Yaqublu barəsində olan həbs-qətimkan ev dustaqlığı ilə əvəzlənmədi<b style="color:red"></b>

Abşeron Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

APA-nın xəbərinə görə, hakim İlham Kərimovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclası zamanı vəkil Adil İsmayılov tərəfindən N. Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə verdiyi vəsatət və ibtidai istintaq zamanı Tofiq Yaqublunun vəkil Osman Kazımov və cinayət işini araşdıran müstəntiqlə telefon danışığının sübutlar siyahısından çıxarılması barədə vəsatət müzakirə edilib.
 
Məhkəmə vəsatətləri təmin etməyib.
 
Bundan sonra müdafiə tərəfi cinayət işini araşdıran müstəntiq Rafiq Həsənovun məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıb.
 
Məhkəmə bu vəsatəti müzakirə etmək üçün müşavirəyə gedib.
 
Xatırladaq ki, vəkil A. İsmayılov ötən prosesdə millət vəkili Qənirə Paşayevanın adından 6 deputatın imzası Abşeron rayon Məhkəməsinə edilən müraciət əsasında Nigar Yaqublunun barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırmışdı.
 
Qeyd edək ki, N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

 





07.12.2012    çap et  çap et