525.Az

Dünyanın ən möhtəşəm 10 adası - Siyahı - Fotolar


 

Dünyanın ən möhtəşəm 10 adası - <b style="color:red">Siyahı - Fotolar</b>

Qarşıdan yayın gəlməsi turizm sezonunun aktivləşməsi deməkdir. Bu səbəbdən “TripAdvisor” şirkəti istirahət üçün dünyanın ən möhtəşəm 10 adasının reytinqini hazırlayıb. 

Dünyanın müxtəlif guşələrində yerləşən həmin adaların siyahısını təqdim edirik.

1. Providensiales, Teyks və Kaykosa (Böyük Britaniya)



Dünyanın 1 nömrəli adası seçilən Providensiales 98 kvadrat kilometr sahəyə malikdir. Böyük Britaniyanın Karib dənizində yerləşən Terksa və Kaykosa bölgəsinin tərkibində olan ada əsas turizm mərkəzlərindən biri hesab olunur.
 
Provisendiales adasının sahillərində su öz şəffaflığı və təmizliyi ilə seçilir. Möhtəşəm təbiət mənzərələri ilə yanaşı, burada dekabr-aprel aylarında kit balıqlarını da müşahidə etmək olur.

2. Maui, Havay adaları (ABŞ)


Havay adaları arasında sahəsinə görə 2-ci olan Maui 1883 kvadrat kilometr ərazidə yerləşir.

Hər tərəfdən Sakit okeanı ilə əhatə olunan ada öz yaşıl dağları, çimərlikləri və zəngin florası ilə seçilir.

3. Roatan (Honduras)



Karib dənizindəki daha bir ada - Roatan öz gözəlliyinə görə dünyada 3-cü ada seçilib. Hondurasın tərkibində olan Roatanda 50 min sakin yaşayır.
 
Hər il 300 min turistin ziyarət etdiyi ada öz zəngin koral rifləri və tropik balıqları ilə populyardır.

4. Santorini (Yunanıstan)



Egey dənizində yerləşən Santorini bir yox, bir neçə xırda adadan ibarətdir. Dünyada 4-cü olsa da, Santorini Avropa qitəsinin ən gözlə adası sayılır.
 
E.ə XVI əsrdə güclü vulkan püskürməsi nəticəsində landşaftı tanınmaz hala düşən Santorini öz tarixi abidələri və təmiz çimərliyi ilə turistlər üçün sevimli məkana çevrilib. 76 kvadrat kilometrlik adalar qrupunda cəmi 13 min sakin yaşayır.

5. Tau (Tailand)



Asiyanın ən gözəl adası isə Tailanda məxsus Tau adası sayılır. Ada Sima dənizində 21 kvadrat kilometr ərazidə yerləşir.

Onun əsas üstünlükləri dayvinq, fridayvinq və qayaya dırmanma idmanı üçün uyğun şəraitin olmasıdır.

6. Madeyra (Portuqaliya)



Portuqaliya sahillərindən 1000 kilometr məsafədə yerləşən Madeyra adalar qrupu da dünyanın ən görməli yerlərindən sayılır.

785 kvadrat kilometr ərazidə yerləşən Madeyra 267 min daimi sakinə və yay mövsümündə yarım milyona qədər turistə ev sahibliyi edir.

7. Bali (İndoneziya)



Hind və Sakit okeanı ilə əhatə olunan adalar qrupu regionun əsas turizm mərkəzlərindən biri hesab olunur.

Dayvinq və çimərlik turizminin yüksək inkişaf etdiyi adalar qrupuna xarici dövlət başçıları da tez-tez səfər edirlər. Bali adaları 5 870 kvadrat kilometr əraziyə və 3,8 milyon sakinə malikdir.

8. Mavriki



Mavriki Respublikası Afrikanın şərqində yerləşən ada dövlətidir. Mavriki adasının sahəsi 1865 kvadrat kilometr təşkil edir.
 
Keçmiş Fransa müstəmləkəsi olan adaya hər il Avropadan yüz minlərlə turist axın edir. Mavrikinin öz sakinlərinin sayı 1 milyon 295 min nəfər təşkil edir.

9. Bora-Bora (Fransa Polineziyası)



Sakit okeanın tam mərkəzində yerləşən cırtdan ada 38 kvadrat kilometr əraziyə malikdir. Yüksək dərəcədə inkişaf etmiş otellər şəbəkəsi, mənzərəli təbiəti və çimərlikləri ilə ada əsasən ABŞ və Yaponiya turistlərini özünə cəld edə bilir. Bora-Boranın yerli sakinləri 8,9 min nəfərdən ibarətdir.

10. Fernandu –di- Noronya (Braziliya)



Ən möhtəşəm adaların ilk onluğunu Braziliyanın Fernandu-di-Noronya adası qapayır. Atlantika okeanında 26 kvadrat kilometr sahədə qərarlaşan ada rəsmi məlumatlara görə 3108 sakinə malikdir. Fernandu-di-Noronya dayvinq və serfinq üçün münasib yerdir.

Bundan başqa, adada nadir quş, tısbağa və delfin növlərinə rast gəlmək olar.


Modern.az 
 





23.04.2015    çap et  çap et