525.Az

Zahid Orucdan “Milyarderlər İttıfaqına” sərt sözlər


 

Zahid Orucdan “Milyarderlər İttıfaqına” sərt sözlər<b style="color:red"></b>

“Milyarderlər İttifqaının”, xüsusilə, Söyün Sadıqovun müxalifləşdirilməsi və onun üzərində konkret olaraq anti-hakimiyyət cəbhəsi açılması, bizim buna qədərki dövrdə müxtəlif ehtimallarımızı tamamilə təsdiq edir. Yəni, biz bəyan edirdik ki, Rusiyanın ayrı-ayrı dairələri Azərbaycanın xarici siyasət istiqamətlərinə, ölkə daxilində müxtəlif məsələlərə müdaxilə üçün o məkanda uzun müddətdən bəri yaşayan, çalsan, milyonlarını milyarda çevirən şəxsləri ələ almaqda və Azərbaycan əleyhinə siyasətə qoşmaqdadırlar”.
 
Bunu  525.az-a açıqlamasında millət vəkili Zahid Oruc Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin “Milyarderlər İttifaqı” ilə bağlı məlum açıqlamasına verilən sərt reaksiyalara münasibətini bildirərkən dilə gətirib. Onun sözlərinə görə, S. Sadıqov elə bir tanınmış persona deyil, onu sadəcə, bəzi dairələr son dövrlər media “qəhrəmanı”na çevrməkdədirlər və hiss olunur ki, əslində xüsusi bir potensialı daşımasa da, həmin şəxs ancaq faktiki olaraq, bağlı olduğu mərkəzlərlə pis işləmir:

 “Bu dövr ərzində guya ki milli-mədəni hüquqlar üzərində qoruyuculuğunun onun hansı azərbaycanlıların nə qədər hissəsinin həyatlarını yaxşılaşdırmağa, hüquqlarını qorumağa yetdiyini, çatdığını söyləmək çox çətindir.  Bunu necə deyərlər, özü təqdim edir. Ancaq həmin adam tərəfindən ölkə daxili siyasi məsələlərin şərhi kifayət qədər diletant təsirləri yaradır. Bir tərəfdən ona görə ki, söhbət  məhz həmin o ittifaqa münasibətdən gedirdisə, bu dövlətin maraqlarını, Rusiya ilə əlaqələrini, dostluq münasibətlərini  genişləndirməyi hədəf edən bir qurum öz hədəflərini  Azərbaycanın ən yüksək dairələri - dövlət başçısı və onun komandası tərəfindən razılaşdıraraq həyata keçirməli idi.

 Ola bilməz ki, bu “birlik” özü-üzünə ad qoyan bir halda meydana çıxır və  guya ki, Rusiyanın içərisində idarəetməyə, ictimai-siyasi həyata müdaxilə edəcəklər, aktiv olacaqlar, azərbaycanlıların mənafelərini dövlət idarəçiliynə daşıyacaqlar, ancaq bu, sanki Azərbaycan hakimiyyətindən kənarda reallaşır. Ikincisi isə,  bundan dərhal sanki alternativ bir hakimiyyət komandası görərəkdən dövlət və onu  siyasi strukturları ona qarşı çıxmazdılar. Məsələnin şübhəli məqamları ondan ibarətdir ki, bu qurumun içərisində yer alanların anti-Azərbaycan mövqeləri var və bu özünü göstərməkdədir”.  Z.Oruc qeyd edib ki, məsələnin başqa tərəfi isə  müəyyən dövr ərzində fəaliyyət aparan  Rüstəm İbrahimbəyovu, əslində burada zorla ilişib qalan və bu məqamda ziyalıların  simvolu adı ilə bir cəbhə açıb, daha çox şəxsi incikliyini və  davasını aparan şəxsi öz cinahına yuvarlatmaq, oradan isə açdıqları  barrikada da ona meydan vermək niyyətidir:

 “Bu da sübut edir ki, ona xalq mövqeyi gözünü qatmaq, ona belə bir rəyi vermək alınmır.  Çünki keçmiş dövrlərdə İbrahimbəyov artıq dərəcədə  kommunist elitasının yanında olub, xüsusi ictimai mənafelərin  müdafiəçisi kimi özünü göstərməyib, düzdür, çox ünlü əsərlərə imzasını atıb,  tanınmış bir personadır, bununla belə, nə müstəqillik mübarizəmizdə, nə də Qarabağ müharibəmizdə yer alıb. Hərçənd ki buna ciddi ehtiyacımız vardı, xeyli sayda ünlü simalar Azərbaycan üçün işləyəcəkləri təqdirdə, səngərdəki tankdan-topdan daha çox səsləri çıxardı, görünərdi, bunun effekti də olardı. Amma olar bunu etmədilər. Ona görə indi məhz  mühüm məqamlarda, xüsusilə də, regiondakı hadisələrin müəyyən mənada  gərginləşdiyi dönəmlərdə Rusiya işərisində sanki bir milli-etnik zolaq yaradılıb  və onun içərisinə  Sadıqovlar da qatılıb, həmcinin, “Talış-Muğan Respublikası” ideyasını çoxdan bəri gündəmdə saxlayan, ölkədən qovulmuş, geniş xalq dayağı tapmayanlar da ələ alınır. Bununla yanaşı, “Sadval”ın əli ilə  Azərbaycan əleyhinə bir savaş meydanı özünü göstərməkdədir”.

Bu baxımdan millət vəkili belə zənn edir ki, S. Sadıqov əgər Gürcüstan variantından ürəklənibsə və hansısa  anti-hakimiyyət, narazı insanların mövqeyini özündə daşımaq istəyirsə, bu, alınmayacaq:

 “Yuxarıda da dediyim ki,  o, elə bir ciddi persona deyil. Həddən artıq aparıcı xarizmatik keyfiyyətlərə malik olan, həm də indiyə qədərki dövrdə maliyyə imkanlarını vətəndaş üçün xərcləyən, hətta, humanitar miqyasda adı populyar simalardan deyil. Ona görə öz  “xidmət”ini bu cür reallaşdırır, bəlkə  həm də  öz mülklərini qorumaq üçün belə bir fəaliyyət aparır.

 Amma çox yaxşı olardı ki, Rusiya öz niyyətlərini daha aydın bir formada təqdim etsin. Bunu da heç şübhəm yoxdur ki, Rusiya prezidenti Vladimir  Putinin Azərbaycana səfəri zamanı bunlar baş verəcək. İndi kənar təzyiqlər əgər ona görədirsə ki, Azərbaycan xarici siyasət orientasiyasını dəyişsin, iqtisadi məsələlərdə Rusiya daha önəmli rol oynasın,  onların yer aldığı birliklərdə Azərbaycan da yer alsın, yəni, Putinin hədəfləri budursa, onu söyün sadıqovların və digərlərinin əli həyata keçirmək çox yanlışdır. Bu bizə Yeltsin dövrünün təzyiq rıçaqlarını, maneralarını xatırladır. Odur ki, Söyün Sadıqovun aralıq dövrdə istifadəsı, sonradan atılması onu gələcəyinə, elə milli varlığına da böyük zərbə vuracaq”.

Kamil Həmzəoğlu

 





07.12.2012    çap et  çap et