525.Az

"Eurovision 2015"in səhnə dizaynı hazırdır


 

"Eurovision 2015"in səhnə dizaynı hazırdır<b style="color:red"></b>

“Eurovision 2015” mahnı müsabiqəsinin səhnə dizaynı təqdim olunub.

Modern.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, səhnə 1288 ayrı-ayrı işıq və diod sütunlarından ibarətdir.

Bu sütunlar möhtəşəm işıq effekti yaradacaq. Səhnənin arxa planında isə LED ekran quraşdırılacaq.

Bu il müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərinin “Stadthalle” səhnəsində keçiriləcək. Yarımfinallar mayın 19-u və 21-də, final 23-də olacaq.

Xatırladaq ki, Azərbaycanı müsabiqədə Elnur Hüseynov “Hour of the wolf” mahnısı ilə təmsil edəcək.

 





23.04.2015    çap et  çap et