525.Az
"28 May" stansiyasının girişi açılır
“28 May” stansiyasının Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında quraşdırılan yeni eskalatorlar sentyabrın 15-i saat 12:00-da açılacaq və sərnişinlərin istifadəsinə veriləcək.
Bakı Metropolitenindən 525.az-a verilən məlumata görə, burada sökülmüş LT tipli 3 ədəd eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin “Viktoriya” tipli 4 ədəd eskalatoru quraşdırılıb.
14.09.2012 çap et