525.Az

“Eurovision 2015” iştirakçıları Moskvada çıxış edəcəklər


 

“Eurovision 2015” iştirakçıları Moskvada çıxış edəcəklər<b style="color:red"></b>

“Eurovision 2015” mahnı müsabiqəsinin iştirakçıları bu gün Moskvada keçiriləcək konsertdə çıxış edəcəklər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, səhnəyə Rusiya, Böyük Britaniya, Makedoniya, İsrail, Azərbaycan, Belarus, Malta, İslandiya və digər ölkələrin təmsilçiləri çıxacaqlar.
 
Qala-konsertdə həmçinin ötən illərdə “Eurovision” mahnı yarışmasına qatılan ifaçılar çıxış edəcəklər. Bunlar Yuliya Volkova (T.A.T.U), Eldar və Nigar dueti, Kristina Skarlat, Paşa Parfeniy və digərləridir.

 





24.04.2015    çap et  çap et