525.Az

Sabah yağış yağacaq


 

Sabah yağış yağacaq<b style="color:red"></b>

Bazar günü Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə  7-9, gündüz 9-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq rayonlarda yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

 





08.12.2012    çap et  çap et