525.Az

Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin konserti oldu


 

Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin konserti oldu<b style="color:red"></b>

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konserti keçirilib.

Tədbirdə Şamaxı rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova çıxış edərək Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi qayğıdan danışmış, nəsillərə örnək olan zəngin dövlətçilik irsindən söhbət açıb. Həmçinin yaradılmış şəraitə görə Dövlət Mahnı Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra çıxış edən Bakı şəhər Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin direktoru Gülnarə Səfərova ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, idmana və eləcə də gələcəyimiz olan yaradıcı uşaqlara diqqət və qayğısından danışıb.

Daha sonra Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı təqdim ediblər.

Konserti mərkəzin xalq çalğı alətləri orkestrinin şagirləri açaraq rəngarəng musiqi nümunələri ilə çıxış edibər. Konsert proqramına xalq mahnıları, muğamlar, milli rəqslər, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Əziz Əzizovun, Süleyman Ələsgərovun, Azər Dadaşovun əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da əsərləri daxil edilib.

Çıxış zamanı mərkəzin şagirdləri fortepiano, tar, qarmon alətlərində ifa etmiş, konsertdə Respublika müsabiqələri laureatları və diplomantları, həmçinin mərkəzin "Nağaraçalanlar ansamblı" iştirak ediblər.

Sonda Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək bütün iştirakçılara uğurlar arzulayıb, konsertdə iştirak edən şagirdlərin və onların yetişməsində rolu olan bütün müəllimlərin əməyini xüsusilə vurğulayıb.

 





24.04.2015    çap et  çap et