525.Az

“Facebook” adamı arıqladır


 

“Facebook” adamı arıqladır<b style="color:red"></b>

Amerikalı həkimlər iddia edir ki, sosial şəbəkələr adamı arıqladır. Daha doğrusu onlar düşünür ki, bu, piylənmə ilə mübarizədə ən yaşı alətdir.

ANS Press-in məlumatına görə, Amerika Ürək Assosiasiyasının (AHA) həkimləri düşünür ki, sosial şəbəkələr həkimlər və sağlamlığın müdafiəsində duran insanlar üçün ən yaxşı pəhriz dərmanı və həblərdən belə daha məsləhətlidir.

Belə ki, assosiasiya bununla bağlı sorğu keçirib. Məlum olub ki, həddindən artıq kök olan və köklükdən əziyyət çəkən uşaqlar və gənclər çox vaxt özünü tənha hiss edir.

Həkimlər deyir ki, belə insanlara çox zaman sosial şəbəkər yardımçı olur və onlar özlərini tənha hiss etmirlər. Həm də kök gənclər bir-birini anladıqca, dərdlərini biri-biri ilə bölüşdükcə arıqlayırlar. Bir sözlə, “Facebook” və digər sosial şəbəkələr onlara arıqlamaq üçün bir motivasiya verir.

 





08.12.2012    çap et  çap et