525.Az

Türk dünyasından ermənipərəstlərə cavab


 

ADİL ƏLİYEV: “BEYNƏLXALQ ALƏM ƏSL HƏQİQƏTLƏRİ GÖRMƏLİDİR”

Türk dünyasından ermənipərəstlərə cavab<b style="color:red"></b>

“Çanaqqala Sülh Zirvəsi erməni yalanlarına və ermənipərəstlərə bir cavab olacaq. Bu tədbir bir daha təsdiqləyib ki, Türkiyə prosesləri önləmək üçün bir sıra addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı qardaş ölkəni meydanda tək qoymadığımızı və iki qardaş ölkənin proseslərə güclü hazırlaşdığını ortaya qoyub”.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, millət vəkili Adil Əliyev Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı danışarkən deyib.

O hesab edir ki, Çanaqqalada şəhidlərimizlə birgə, İngiltərə və onu dəstəkləyən qüvvələrin əsgər və zabitlərinin məzarlarının bu günə qədər qorunub saxlanılması, türk millətinin işğalçı ölkənin insanına olan münasibətini təsdiqləyir: “Bu, əsl insani yanaşmadır. Bu gün məzarlıq dostluq və sülh məkanına çevrilib. Dünyanın müxtəlif yerlərindən insanlar gəlib, əcdadlarının məzarlarını ziyarət edirlər. Həqiqətdən və tarixi faktdan qaçmaq olmaz”.

Millət vəkili beynəlxalq aləmi əsl həqiqətləri görməyə çağırır: “Dünya işğalçı Ermənistanın əməllərini görmək istəmir. Azərbaycan işğal altında qalan torpaqları Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını göstərir. Halbukı tarixdə olmayan bir qurama oyunu türk millətinin üzərinə yığmaq istəyir. Bu qüvvəllər istədiklərinə nail ola bilməyəcəklər və erməni yalanları puça çıxacaq”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib ki, Türkiyədə 1915-ci il Çanaqqala Zəfərinin 100 illiyi bayram olaraq qeyd olunur. Onun sözlərinə görə, istərdim ki, həmrəylik olaraq eyni bayram tədbirini Azərbaycanda da qeyd edək və yalançı erməni soyqırımına öz atəşlərimizi göndərək:

“Türkiyə Cümhurbaşqanının Sülh Zirvəsindəki çıxışı məntiqli və hədəflərin dəqiq müəyyənləşdirildiyi üslubdadır. Bu dəfə erməni məsələsinə yanaşması təqdir olunasıdır. Düşünən insanlar anlayır ki, Çanaqqala zəfəri həm də bizim bayramımızdır. Müasir dünyada türklərin zəfər çaldığı az saylı möhtəşəm qəhrəmanlıq tarixindəndir. O gün hərbi donanmalarla, silahlarla türklərin üzərinə gələnlər, bu gün “soyqırım” qərarları ilə gəlirlər. Bu qərarları da Çanaqqalada yedikləri şapalaq kimi mütləq həzm edəcəklər.
Yetər ki, Çanaqqala imanına və ruhuna sahib bir millət ayaqda olsun. Qarabağı da belə bir iman və ruhla azad edə biləcəyik. Bu zəfərin mənasını dərk edən hər bir Vətən övladını təbrik edirəm. Dualarımız Vətən üçün şəhid olan bütün soydaşlarımızadır”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Türkiyənin Çanaqqala zəfərinin 100 illiyinə necə yaxşı hazırlaşdığını İstanbulda hiss edib. O əlavə edib ki, türklərlə yanaşı ermənilərin də yaşadığı İstanbulda dünən “erməni soyqırımı olmayıb” plakatları ilə üzləşib. Ərdoğanın İstanbulda düzənlədiyi “Sülh konfransı” da ermənilərin anti-türk siyasətinə cavablardan biridir. Bu gün Çanaqqalada möhtəşəm tədbir təşkil olunur. Bununla da bilinəcək ki, kim kimi üstələyib”.

Ceyhun ABASOV

 





25.04.2015    çap et  çap et