525.Az

I Avropa Oyunlarının məşəli alovlandı - Yenilənib


 

I Avropa Oyunlarının məşəli alovlandı - <b style="color:red">Yenilənib</b>

Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırılıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Daha sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki danışıb.

Beləliklə, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başladı. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub.

Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.

Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

*** 16:16

Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq.
 
APA-nın xəbərinə görə, tədbir Bakının Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunacaq. Mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı gözlənilir.
 
Məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçəcək. Regionlar üzrə ilk mərasim sabah Naxçıvandan başlayacaq.
 
Məşəl ümumilikdə 15 şəhərdən keçirilərək, iyunun 11-də Bakıya gətiriləcək və iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.
 
Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb.

 





26.04.2015    çap et  çap et