525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək.
 
Axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
 





26.04.2015    çap et  çap et