525.Az

Azərbaycan Yazıçılar Birliyinin Abşeron filialı təsis edildi


 

Azərbaycan Yazıçılar Birliyinin Abşeron filialı təsis edildi<b style="color:red"></b>

Elə tədbirlər, elə görüşlər var ki, əhəmiyyətli olduğu qədər unudulmazdı. Bəzən belə tədbirlər tarixi bir hadisəyə çevrilir.

Düşünürəm ki, bu günlərdə Abşeron rayon Mədəniyyət Turizm İdarəsində təşkil edilən Azərbaycan Yazıçılar Birliyinin Abşeron rayon filialının təsis konfransının keçirilməsi məhz belə yaddaşlara yazılan önəmli bir hadisə oldu. Konfransda AYB-nin sədri, Xalq yazıçısı Anar, birliyin katibi, Xalq şairi Fikrət Qoca qurumun kadrlar şöbəsinin rəisi Arifə Əliyevanın iştirakı Abşeron yazarlarının sonsuz sevincinə səbəb oldu.

Tədbirin aparıcısı olan Abşeron Rayon Mədəniyyət Turizm İdarəsinin müdiri İlham Manafov əvvəlcə Anar müəllimlə Fikrət müəllimin rayona gəlişinin özünün bir bayram olduğunu söylədi. Sonra rayonda bir bayram əhval-ruhiyyəsinin olduğunu, yəni Abşeronun 50 illik yubileyi ərəfəsində AYB-nin filialının açılmasını tarixi bir hadisə kimi dəyərləndirdiyini vurğuladı. Olduqca səmimi, xoş bir abu-havada keçirilən konfransda ilk sözü Anar müəllim söylədi. Yazıçı bildirdi ki, Abşeron qədim şeir-sənət yurdu kimi həmişə diqqəti cəlb edib. Bu gün belə bir diyarda AYB-nin filialının açılması bir zərurətdi. AYB-nin üzvü olan abşeronlu yazarların sayı artıq 40-a çatır. Amma onların sayı bu rəqəmlə məhdudlaşmır. Xeyli sayda yaşlı, həmçinin istedadlı gənc qələm adamları var ki, onların da bir araya gəlməsi, diqqətə alınması çox vacibdi. Anar müəllim həmçinin məlum səbəblərdən Abşerona pənah gətirmiş, illərlə burada yaşayıb-yazan qələm adamlarının da unudulmadığını söylədi bunu yeni yaranan filial rəhbərinə tövsiyə etdi. F.Qoca da bu günkü gündən, Abşeron yazarları ilə görüşündən məmnun olduğunu bildirdi yeni yaranan filialın sədri seçilən Şəhla xanıma uğurlar arzuladı. Sonra filialın yeni seçilmiş sədriyazıçı, jurnalist Şəhla Ağbuluda söz verildi. Şəhla xanım ona bu etimadı göstərdiklərinə görə AYB-nin rəhbərliyinə minnətdarlığını bildirdi. Sonra isə doğma Abşeronun ədəbi mühitindən danışdı. Daha sonra söz Abşeron rayon MKS-nin direktoru, Abşeron ədəbi mühitində fəallığı ilə seçilən şair Məlahət Yusifqızına verildi. Məlahət xanım bu hadisə ilə bağlı sonsuz sevincini dilə gətirdi. tədbirdə iştirak edən bütün yazarları qonaqlara təqdim etdi. Konfransda R.Rza mükafatının laureatı Şəfəq Sahibli, “Kövsərnəşriyyatının direktoru, şair Hafiz Rüstəm, Politexnik Universitetinin, kafedra müdiri Rəhim Rəhimov, şair-şərqşünas, tərcüməçi Xavər Əmiraslanqızı, şair Yusif Hüseyn başqaları da iştirak etdilər.    

Mina RƏŞİD

 





09.12.2012    çap et  çap et