525.Az

Marneulidə etiraz aksiyası


 

Marneulidə etiraz aksiyası <b style="color:red"></b> Aprelin 26-da Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kənd sakinləri etiraz aksiyası keçiriblər.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər kənddə hasara alınan qəbiristanlığın bir hissəsinin hərraca qoyulduğu barədə məlumat aldıqlarını bildiriblər. Onlar kənd qəbiristanlığına aid ərazinin satılmamasını tələb ediblər.

Marneuli rayon bələdiyyəsinin sədr müavini Valeri Metreveli, "Milli Hərəkat Partiyası"nın Marneuli şöbəsinin sədri Əhməd İmamquliyev, Qızılhacılı kəndindən "Gürcü Arzusu" partiyasının xətti ilə bələdiyyə deputatı seçilən İsmayıl Bayramov aksiyaya gələrək sakinlərin tələblərini dinləyiblər.

Qızılhacılı kənd sakini Arif Qarayev sakinlər qarşısında çıxış edərək 3713 kvadratmetr sahəni almaq üçün Dövlət Milli Əmlak Agentliyinə ərizə verdiyini, lakin hələ cavab almadığını bildirib.
 
"Milli Hərəkat Partiyası"nın Marneuli şöbəsinin sədri Əhməd İmamquliyev qəbiristanlığın hasarının içərisində olan sahənin satılmasında Marneuli rayon bələdiyyəsinin sədr müavini Valeri Metrevelinin marağı olduğu barədə ona məlumat verildiyini bildirib.
 
Hazırda hərraca qoyulan sahədəki ağaclar kəsilib.

Marneuli rayon bələdiyyəsinin sədr müavini Valeri Metreveli kənd sakinləri qarşısında çıxış edərək qəbiristanlıq ərazisinin satılmayacağını bildirib.
 





27.04.2015    çap et  çap et