525.Az

Reynders: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”


 

Reynders: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”<b style="color:red"></b>

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun roluna diqqət cəlb edilməsi vacibdir. İlk növbədə anlamaq lazımdır ki, münaqişənin həlli missiyası Minsk Qrupunun üzərinə düşür”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan-Belçika Ticarət Palatasının 10 illiyi ilə əlaqədar keçirilən gecəyə qatılan Belçikanın xarici işlər naziri Didye Reynders deyib.
 
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən D. Reynders bildirib ki, hazırda sərhəddə və təmas xəttində insidentlərə son qoymaq, eləcə də, əgər mümkündürsə, silahlı qüvvələri geri çəkmək üçün təkliflər irəli sürülüb:

“Daha sonra əhali tərəfindən qəbul olunacaq həllə nail olmaq lazımdır.  Problemin hərbi yolla həlli yoxdur. Münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi yolla həll olunmalıdır”. 

 





27.04.2015    çap et  çap et