525.Az

“Qızıl Xaç Komitəsi girovların səhhəti ilə bağlı açıqlama vermir”


 

“Qızıl Xaç Komitəsi girovların səhhəti ilə bağlı açıqlama vermir”<b style="color:red"></b>

“Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkir, onların sağlamlıq durumu ilə maraqlanır, amma bu barədə ictimaiyyətə açıqlama vermir”.

Bunu Modern.az saytına komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Qurum rəsmisi Şahbaz Quliyev və Dilqəm Əsgərovun saxlanma şəraiti barədə də informasiyanın ictimaiyyətə açıqlanmadığını vurğulayıb.

Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun nəşi danışıqlardan sonra həmin oktyabr ayının 2-də Azərbaycana qaytarılıb və dəfn olunub.

Girovluqda olan iki azərbaycanlıya qarşı cinayət işi açılıb. Separatçı rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə “prokuror” Karen Qabrielyanın tələbinə əsasən, Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Rusiya mətbuatının yaydığı məlumata görə, Şahbaz Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatı edilib. Hazırda sağlamlığının normal olduğu bildirlib.

 





27.04.2015    çap et  çap et