525.Az

Müsavat Milli Şuranın mitinqinə dəstək verməyəcək


 

Müsavat Milli Şuranın mitinqinə dəstək verməyəcək<b style="color:red"></b>

Müsavat Partiyası Mili Şuranın mayın 3-ə təşkil mitinqə qoşulmayacaq.

Bu barədə Modern.az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah məlumat verib.

Onun sözlərinə görə, Milli Şuranın mitinqdə partiyanın ayrı-ayrı üzvləri iştirak edəcəklər:

“Partiyanın gənc fəalı Nərgiz Yaqublunun vəfatı ilə əlaqədar bir çox siyasi tədbirlər təxirə salınıb. Buna görə də mitinq məsələsi partiyada müzakirəyə çıxarılmayıb. Hələ ki tam qərar yoxdur.

Partiya tam şəkildə mitinqdə iştirak etməsə də, üzvlər istədikləri aksiyaya gedə bilərlər. Biz mitinqdə iştirak etmək istəyənlərin işinə qarışa bilmərik.
 
Ümumiyyətlə, Müsavat Partiyası hakimiyyətin əleyhinə keçirilən bütün kütləvi aksiyaları alqışlayır”.

Elman Fəttah əlavə edib ki, partiya bu həftə ərzində Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verəcək.

 





27.04.2015    çap et  çap et