525.Az

"Bəzi nüfuzlu din xadimləri burada öz ölkələrinin təsirini yaymağa çalışırlar”


 

"Bəzi nüfuzlu din xadimləri burada öz ölkələrinin təsirini yaymağa çalışırlar”<b style="color:red"></b>

“Azərbaycana səfər edən nüfuzlu din alimləri tanıyıram ki, yardımlar etməklə, mədrəsələr açmaqla, Azərbaycanda öz ölkələrinin təsirini yaymağa çalışırlar, buradakı siyasi proseslərə təsir etmək istəyirlər”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

O bildirib ki, eyni zamanda başqa ölkələrdən gələn kifayət qədər din alimləri də var ki, onların niyyətləri safdır və əsl islami biliklərin yayılmasına xidmət edirlər. A. Paşazadə belə şəxslərdən biri kimi Osman Nuri Topbaşın adını çəkib.

 





27.04.2015    çap et  çap et