525.Az

I Avropa Oyunları Pakistan mediasında


 

I Avropa Oyunları Pakistan mediasında <b style="color:red"></b>

Bu gün Pakistanın diplomatik çevrələrində böyük nüfuza malik olan “Centreline” jurnalı və “Diplomatic News Agency” informasiya agentliyi tərəfindən “İlk Avropa Oyunları Bakıda keçiriləcək” adlı məqalə dərc olunub.

525.az-ın Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi məlumata görə, məqalədə 2015-ci ilin 12-28 İyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində ilk Avropa oyunlarının keçiriləcəyi bildirilib.

Vurğulanıb ki, bu haqda qərar 08.12.2012-ci il tarixində Romada Avropa Olimpiya Komitəsinin (AOK) iclasında keçirilmiş gizli səsvermə zamanı qəbul edilib.

Yazıda, AOK-nin prezidenti  Patrik Hickey-nin iclasda çıxış edərək “Biz Avropa idman tarixinin ən böyük hadisəsinin astanasındayıq.

Mən fəxr edirəm ki ilk Avropa oyunları Bakıda 2015-ci ildə keçiriləcək. Biz bunu çoxdan gözləyirdik” sözlərini dediyi bildirilib.

Məqalədə, 12-28 iyun 2015-ci il tarixində Azərbaycanda keçiriləcək 2015 Bakı Avropa oyunlarının, Yay Olimpiya oyunlarının gitə prototipi olduğu qeyd olunub.
 
Buna misal kimi, Mərkəzi Amerika və Karib oyunlarının 1926-ci, Asiya və Pan Amerika oyunlarının 1951-ci, Afrika oyunlarının 1965-ci illərdən keçirildiyi vurğulanıb.

Yazıda, Azərbaycan hökumətinin oyunlara bütün ciddiliyi ilə yanaşdığı, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin bu oyunları “tarixi hadisə” adlandıraraq,  17 yanvar, 2013-cü il tarixində ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə oyunları təşkil edəcək Təşkilat komitəsinin yaradıldığı bildirilmişdir.
 
Vurğulanıb ki, Mehriban xanım Əliyeva dünya miqyaslı tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir,  Avrovision 2012 musiqi müsabiqəsinin hazırlıq işlərinə rəhbərlik edərək bu tədbirin böyük uğurla keçirilməsini təmin edib. 30 nəfərlik təşkilat komitəsinə nazirlər, dövlət məmurları, olimpiya çempionları daxildir. Hazırlıq işlərinə London 2012 Yay Olimpiya Oyunlarını təşkil etmiş ekspertlər cəlb edilib.
 
Daha sonra yazıda Avropa oyunlarına hazırlıq işləri barəsində, tikilmiş idman obyektləri, Olimpiya stadionu, akva idman mərkəzi, atıcılıq mərkəzi və digər mərkəzlər haqqında məlumatlar verilib.

Vurğulanıb ki, 65 min nəfər tutumu olan Olimpiya stadionunda keçiriləcək Baki 2015 Avropa Oyunlarının açılış mərasiminə Avropanın 49 ölkəsindən 6000 atlet, 2 min jurnalist, min nəfər rəsmilər qatılacaq. İdmançılar olimpiya kəndində, jurnalistlər isə media mərkəzində yerləşdiriləcək.
 
Yarışlar 20 idman növü üzrə  keçiriləcək, onlardan 16-sı yay olimpiya oyunları, 4-ü isə qeyri olimpiya oyunları olacaq.
 
Bəzi idman növləri üzrə oyunlarda medal qazanmış  atletlər Rio-de-Janeyro da keçiriləcək Olimpiya oyunlarına Məqalədə, Avropa oyunlarının idmanın təbliği, ölkənin tanınması, infrastrukturun inkişafı, maddı mənfəətin əldə edilməsi nöqteyi – nəzərdən  Azərbaycan üçün böyük önəm kəsb etdiyi bildirilib.  

Yazının sonunda, Avropa Oyunlarından sonra  Azərbaycanda dünya şahmat turniri 2015, şahmat olimpiadası 2016, İslam həmrəylik oyunları 2017, UEFA Avro 2020–nin bəzi matçların  keçiriləcəyi də bildirilib.

 





27.04.2015    çap et  çap et