525.Az

"Traktor Sazi"nin braziliyalı legionerindən daha bir jest - Video


 

"Traktor Sazi"nin braziliyalı legionerindən daha bir jest - <b style="color:red">Video</b>

İran çempionatının 27-ci turunda səfərdə "Paykan"a 2:0 hesabı ilə qalib gələn "Traktor Sazi"nin braziliyalı futbolçusu Lusiano Edinyo yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, 32 yaşlı oyunçu matçın 80-ci dəqiqəsində penaltidən vurduğu qoldan sonra formasının altında qeyd olunan "Yaşasın Azərbaycan" şüarını nümayiş etdirib.

Maraqlıdır ki, bu zaman qələbə sevincini Edinyo ilə bölüşüb onu qucaqlayanlar arasında "Traktorsazi"nin erməni əsilli futbolçusu Andranik Teymurian da olub.

Qeyd edək ki, İran telekanalından götürülüb youtube portalında yerləşdirilən videoda Edinyonun qol sevinci zamanı "Yaşasın Azərbaycan" şüarının görüntüsü məhdudlaşdırılıb.

Əlavə edək ki, bu, təcrübəli futbolçunun ilk belə hərəkəti deyil. O, daha öncə də vurduğu qoldan sonra "Yaşasın Azərbaycan" şüarını nümayiş etdirib.

 





27.04.2015    çap et  çap et