525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"></b>

(Əvvəli ötən şənbə saylarımızda)

Antonin kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isədünyadır.

Mark Avreli

Hindistana getmək üçün Qərbə tərəf üzmək barədə müraciətini ilk dəfə 1475-1480-ci illərdə etmişdi. O, bunu doğma Genuyasının hökumətinə tacirlərinə ünvanlamışdı. 1483- ildə o, bu təklifi Portuqaliya kralı II Juana etsə , monarxdan rədd cavabı almışdı. 1485-ci ildə Kolumb öz oğlu Dieqo ilə birlikdə İspaniyaya gəldi. Bir il sonra o, öz layihəsi ilə hersoq Medina-Selini maraqlandıra bildi, o, isə öz növbəsində Kolumbu öz dayısı kardinal Mendosa ilə tanış etdi. Axırıncı isə katolik krallar olan Ferdinand İzabella tərəfindən onun qəbul edilməsinə köməklik göstərdi. Kolumb eyni təkliflə 1488-ci ildə İngiltərə kralı VII Henriyə müraciət etmişdi.

1486- ildəki görüşdən sonra kraliça bu işi baş müsahibinə həvalə etdi. Görüşdə Kolumbun böyük səfərinə kraliça İzabella xüsusilə böyük maraq göstərdi səyyah onu özünün himayəçisi hesab edirdi. 1504- ildə sonuncu səfərindən qayıtdıqda kraliçanın öldüyünü eşitdikdə çox məyus oldu, axı o, özünün əsl himayəçisini, onun kəşflərinə xüsusi qayğı göstərən bir tac sahibini itirmişdi.

Monarxlar Kolumbun təkliflərini öyrənmək üçünadamları dənizçilərinəzərdən keçirməkdən ötəri xüsusi komissiya yaratdılar. Komissiya onu dörd il gözlətdi, bu da komissiyanın lazımınca baş çıxarmaması üstəlik, onun üzvlərinin baxışlarının mühafizəkarlığı ilə əlaqədar idi. Dörd il ərzində Kolumb sarayın arxasınca bir şəhərdən digərinə keçirdi. Yalnız Salamanka universitetinin professorununtacın varisi Don Xuanın müəlliminin köməyi ilə saray xəzinəsindən bir qədər pul aldı 1489-cu ildə öz səyahəti üçün nəzərdə tutulan məbləği saraydan çıxarmağa nail oldu.

Lakin sonrakı ili komissiya onun xeyrinə olmayan məruzə təqdim etdi. Kral kraliça onu bütünlüklə rədd etməsələr , Kolumb hiss edə bilərdi ki, bəlkə onun İspaniyada qonaq olması sona çatır.

Sonra Palosdakı gəmi sahibi Pintson onu partnyorluğa götürmək barədəki xahişini qəbul etdi. Səfərin xərci olduqca böyük idi. Ona rıtsar titulu verilməli o, böyük admiral vitse-kral təyin edilməli idi.

1491-ci ildə Kolumbun Ferdinand İzabella ilə görüşü təkrar şəkildə Sevilyada baş tutdu. Görüşün nəticəsi yenə ürəkaçan deyildi. Bu vaxt tac sahiblərinin başı İspaniyada axırıncı müsəlman dövləti olan Qranada ilə müharibədə qarışmışdı. 1491-ci ildə Kolumb böyük maqnat, yüzə qədər ticarət gəmisinin sahibi Medina-Sidoniyaya müraciət etdi, lakin kömək barədə ondan da rədd cavabı aldı.

1492-ci ildə güman ki, Fransaya ya İngiltərəyə getmək istədi, lakin dostları kral kraliçanı inandırdılar ki, mərhəmət göstərib onu yada salsınlar bu vaxt onun bütün tələbləri müsbət qarşılandı.

1492-ci ildə artıq Qranada məğlub edilmişdi. Təntənə sevincini yaşayan kral Kolumbun tələblərinihəddən artıq böyük qəbul edilməyən hesab etdi”. Lakin ona qarşı ilk mərhəmətli addımı yenə kraliça İzabella atdı. Kral əri ilə kraliçanın maliyyə işləri ayrılıqda aparıldığından, İzabella bu şansın Portuqaliyanın, Fransanın əlinə düşməməsi üçün layihənin baş tutmasından ötəri həttamən öz daş-qaşlarımı girov qoya bilərəmehtimalından çəkinmədiyini bildirmişdi.

30 aprel 1492-ci ildə kral cütlüyü Kolumbadontitulu (bu, onu zadəgan edirdi) verdilər onu da bildirdilər ki, okeanın o tərəfinə səyahət layihəsi uğurlu olsa o, Dəniz-okean admiralı kəşf etdiyi ya ələ keçirdiyi torpaqların vitse-kralı olacaqdır.

Kolumba Martin Alonso Pintson çox kömək etdi. Səyahətə çıxan gəmilərdən biri – “Pintaona məxsus idi onu öz hesabına səfərə hazırlamışdı.

Nəhayət, 3 avqustda üç gəmidə – “Santa Mariya”, “PintaNinyaadlı gəmilərdə Kolumbun komandası Palosdan üzməyə başladı. Doqquz gün sonra Kanar adalarına çatdılar qərb tərəfə istiqamət götürdülər. Bütöv ay ərzində hava  əhval-ruhiyyə həm yaxşı, həm pis tərəfə dəyişilirdi. 12 oktyabr 1492-ci ildə gecə yarısı o, “Pintanın burnundan torpağı gördü. Səhər şəfəqində bakirə gözəllik təzə rəngli torpaq, tapdıqlarından şadlanan ispanlar qarşısında açıldı. İki kapitanla ekspedisiyanı müşayiət edən qulluqçularla birlikdə Kolumb kral bayrağını sahilə çıxardı. O, bayrağı yerə sancdı torpağı Ferdinand İzabellanın mülkiyyəti elan etdi. Bu yer Baham adalarındanQuanaxaniadası idi, onu ispanlar San Salvador adlandırdılar. O, bu yeni torpaqların Şərqi Asiyabaşqa sözlə, Yaponiyanın ya Hindistanın ətrafı olduğunu hesab edirdi. Sonralar avropalılar bu yeni kəşf edilmiş əraziləri Vest-İndiya, hərfi mənadaQərbi Hindistanadlandırdılar. Bu Avropada uzun müddət Ost-İndiya ya hərfi mənadaŞərqi Hindistanadlandırılandan fərqləndirmək üçün belə söz birləşməsi işlədilirdi.

Gördüyü hər şey Kolumbu inandırırdı ki, o, xəritələrdə aşağı tərəfdə göstərilənŞərqin qurtaracağındakı adalararasındadır. Yerli adamların burnunda qızıl nümunələrini görəndə, o, buranı tərk etdi ki, “bəlkə Çipanqu (başqa sözlə Yaponiya) ətrafına gələ bilməyigerçəkləşdirməyə tələssin.

Bir həftə ərzində o, ispan adları verdiyi gözəl adaların arasında var-gəl etdi, bu vaxt ümid edirdi ki, “Allah ona qızılın harada olduğunu göstərəcəkdir”. Ona sahib olmaq müasir dildə iqtisadi inkişaf adlana bilərdi. O, həm quldarlıq barədə, çox sayda qul ələ keçirmək barədə fikirləşirdi. Hər yerdə xaç qaldırırdı.

Hələ ekspedisiyanın təşkili barədə Kolumb Ferdinanda İzabellaya müraciətində yazmışdı ki, o, Çipanquya üzmək istəyir, oradan Kataya, daha sonra isə oradan hər iki Hindistana getmək niyyətindədir. Katay – “Çindemək idi, Çipanqu adı altında isə Yaponiya başa düşülürdü. Yaponiya barədə Marko Polo xatirələrində elə uydurmalar söyləmişdi ki, bu istənilən adamı ora yollanmağa həvəsləndirərdi. Guya ki, oradaevlərin daşı təmiz qızılla örtülmüşdür”. Beləliklə, Kolumb özünün ilk məqsədi kimi, çox vaxt deyildiyi tək heç Hindistanı deyil, Yaponiyanı hesab etmişdi.

Onun ada sakinləri ilə keçirdiyibal ayıyeddi yerli məskunu zorla başqalarından ayırıb, götürməklə sona çatdı. Tuzemlər bu vaxt fikirləşməyə başladılar ki, ispanlar öz davranışlarına görə kanniballardan bir qədər az tiran xüsusiyyətlərinə malikdirlər. Kanniballar isə cənubdakı uzaq adalardan gəlib onları tutub aparır yeyirdilər. Kolumbu inandırmışdılar ki, həmin kanniballar böyük bir xanın təbəələridir. Bufaktonu inandırmışdı ki, ada sakinlərinin Kuba kimi xatırladıqları həmin böyük ada Çipanqunun özüdür. O, bir nəfər ispanı göndərdi ki, həmin xanla danışıqlar aparsın.

Lakin elçi xanı, qızıl mədənini tapa bilmədi. Lakin Kolumb böyük sərvət mənbəyi olan tütünü kəşf etdi. San-Salvador adasında yerli sakinlər olan aravaklar onaquru yarpaqları” – tütünü hədiyyə verdilər. Bu adamların bəzilərində qızıl qırıqları görəndə, Kolumb qiymətli metalın mənşəyini öyrənməyə can atdı. Cənuba tərəf hərəkət edərək Baham adalarının tərkibinə daxil olan yeni adaları kəşf etdi. Onların sakinlərindən Kuba barədə bəzi şeylər öyrəndilər. Sonra onlar Kubaya gəlib çıxdılar. Lakin burada onlar qızıl, ədviyyat, heç bir iri şəhər tapmadılar.

Donanma yenə üzməyə başladı, güclü şərq küləyi nəticəsindəPintagəmisi yoxa çıxdı. Kolumb isə qorxurdu ki, “Pintagəmisində üzən Pintson qızıl mədənini kəşf edə beləliklə, şöhrəti onun əlindən qopara bilər. İtmiş gəminin kapitanını axtaranda indi Haiti adlanan yerə gəlib çıxdı. Kolumb bu adanın gözəlliyinə valeh olub, onun adını dəyişdirərək Espanyola qoydu, bu sözispan adasımənasını verirdi. O, ada sakinlərini fərasətlərinə, işgüzarlıqlarına gözəlliklərinə görə tərifləyirdi.

Güclü küləkSanta Mariyagəmisini sahilə atdı gəmi yararsız hala düşdü. “Pintada artıq onun sərəncamında deyildi. Adamların hamısınıNinyagəmisində geri qaytarmaq mümkün olmayacaqdı. O, Villa de la Navidad məntəqəsini yaratdı 38 adamı orada qoydu. Kolumb onları bir illiyə tərk edib, 1493- ilin yanvarının əvvəlində İspaniyaya döndü.

İki gün sonraPintagəmisiNinyaya qoşuldu. Kolumb Pintsonun izahatını rədd etdi onu qəsrin qapısından asmaqla hədələdi. Pintson buna belə cavab verdi: “Mən ona layiqəm, çünki səni indi qərar tutduğun şərəfə qaldırmışam”. Pintson onun adamları arxada, adada qoymasını da qəti şəkildə bəyənmədi. Nəhayət, 16 yanvar 1493- ildə onlar Avropaya üzdülər. Yolda tufan baş verdi. Öz kəşfinin naməlum qalacağını düşünən Kolumb əhvalatı yazıb kağızı dənizə tulladığı zənbilə qoydu. Dörd gün ərzində o, yatmadı. Pis qasırğalar gəmilərə hücum edirdi. Martın 4- gəmilər Taq çayına girdi. Portuqaliya kralı onu böyük şərəflə qəbul etdi.

Pintson isə tezliklə Palosa gəlib çıxdı. O, krala kraliçaya Kolumb barədə loyallığı əks etdirən məktub yazdı. Lakin ağır səfərdə taqətdən düşdüyündən o, 20 martda öldü. Kolumb da krala kraliçaya məktub yazdı. Onlar, nəhayət, onu saraya gəlməyə dəvət etdilər. Portuqaliya kralının belə bir tədbiri görəcəyindən qorxub, ikinci ekspedisiyanı qədər mümkünsə tez göndərmək istədilər. Roma Papasından kəşf edilmiş İndiyaları onlara verən iki bulla qopara bildilər. Papa Qərbin hələ kəşf edilməmiş torpaqlarını da İberiyanın iki hakimiyyəti arasında böldü. Atlantik okeandan qərbdə olan ərazilər İspaniyaya, şərqdə olanlar isə Portuqaliyaya çatacaqdı.

Aprelin sonunda kral kraliça onu təntənəli şəkildə qəbul etdilər. Monarxlar onu salamlamaq üçün ayağa qalxdılar ona stul təklif etdilər. Bu, imtiyazlar şərəf axınının yalnız başlanğıcı idi.

Onun narahatlığıİndiyaişlərinə yepiskop Xuan de Fonsekanın başçı təyin edilməsi ilə başlandı. Saray məktubları Kolumbu yeni rəisi tələsməyə çağırırdı. İkinci səfərdə 17 gəmi, 1000-dən 1500-ə qədər adam iştirak edəcəkdi. Maddi maneələr kifayət dərəcədə qorxulu idi, lakin əsas narahatlıq bu iki adamın arasındakı, həm onların iki qulluqçusunun arasındakı fərqlər idi. Kolumb bütövlükdə ona nəzarət edilməsinə qarşı çox səbirsiz idi.

Kral kraliça əlavə olaraq İndiyaların xristianlaşması əhalinin maddi rifahına nail olunması vəzifələrini qoymuşdular. 25 sentyabr 1493- ildə donanma Kadisdən yola düşdü. 3 noyabrda sahili gördülər. Lövbər saldıqdan sonrakı gün onlar Qvadelupa adalarını kəşf etdilər. Lakin Kolumb qitəni axtarırdı. O, həmçinin Espanyolada qoyub getdiyi adamlar barədə həyəcan keçirirdi. Nəhayət, ora gəlib çatanda yerli başçılar tərəfindən ispanların məhv edildiyini öyrəndilər. O, göstəriş verdi ki, qırılmış adamların basdırdıqları qızılları axtarsınlar. Sonra o, adada daha yaxşı baza yaratmaq üçün üzdü, bir aya qədər hərəkət etdi axırda bir tərəfi seçib orada Yeni Dünyadakı ilk Avropa şəhəri olan İzabellanı saldı (bu ad sonra Dominikan respublikasının şimal sahilindəki yaşayış məntəqəsinə verildi).

La Navidaddakı xəstəlik barədəki xəbərlər sarayda ona olan etimadı azaltdı. Kəşf belə bəlaya ağır haqq ödənilməsinə layiq idimi? 29 martda İzabellaya geri dönəndə ərzağın istidən xarab olduğunu, adamların ac hirsli olduğunu gördü. O, çalışdı ki, onları dəyirman tikməyə məcbur etsin, onda gətirdiyi buğda üyüdülməli idi. Bundan imtina edənləri o, cəzalandırdı. Kolumb bir neçə adamı dar ağacından asmışdı.

Plutarx yazır ki, onu vicdansız adlandırmaqla söyən arqoslulara Sparta çarı Kleomon demişdi: “Siz məni söyə bilərsiniz, sizin cəzanızı vermək isə mənim səlahiyyətimdədir”. Kolumb heç Kleomondan geri qalmırdı, daha sərt cəza növlərini seçirdi.

Baxmayaraq ki, vəziyyət İzabellada Santo Tomasda heç yaxşı deyildi, Kolumb üç karavella ilə İspaniyaya yola düşdü, yenidən İzabellanı qardaşının himayəsi altında qoydu. Kolumb Kubanı tədqiq etmək istəyirdi, lakin xristianlığa keçirilmiş hinduların təkidi ilə cənub tərəfə üzüb 5 mayda Yamaykanı kəşf etdi onu Santyaqo adlandırdı. Bir neçə günə Kubaya qayıtdı ki, onun materik olub olmadığını öyrənsin. Onun qərarı tezliklə sona çatdı, o, qərara gəldi ki, Kuba qitədir. Hər bir adama and içdirdi ki, onlar bu fikirdən üz döndərsələr dillərini qoparıb çıxaracaqdır. Yamaykanın cənub sahilləri boyu üzməyə başladı. O, xəstələndi bir neçə gün ölüm təhlükəsi altında idi. Kralın kraliçanın buraya gələn nümayəndəsi Espanyolada yerli əhalinin qiyam ərəfəsində olduğunu gördü, çünki Kolumb onlara qızıl vergi qoymuşdu. Nümayəndə ilə Kolumbun münaqişəsi beş ay çəkdi vitse-kralın məğrurluğu xeyli dərəcədə alçaldı. Kolumb adalar arasında bir neçə həftə qaldıqdan sonra Avropaya üzüb Kadisdə lövbər saldı.

(Ardı var)

 





09.12.2012    çap et  çap et