525.Az

Dağlıq Qarabağ münaqişəsi Parisdə müzakirə olunacaq


 

Dağlıq Qarabağ münaqişəsi Parisdə müzakirə olunacaq<b style="color:red"></b>

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 29-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, E.Nalbandyan bu barədə Belçika XİN başçısı Didye Reynderslə İrəvandakı birgə konfransında bildirib.

"Birisi gün həmsədrlərlə görüşəcəm", - deyə erməni nazir bildirib.

Ermənistan XİN-in ilkin məlumatına görə, görüş Parisdə baş tutacaq.

 





27.04.2015    çap et  çap et