525.Az

BDU ən yaxşı universitetlər sırasında


 

BDU ən yaxşı universitetlər sırasında

Bakı Dövlət Universiteti (BDU) dünyanın 700 universiteti içərisində yaxşı yerlərdən birini tutub.

Bunu 525.az-a açıqlamasında universitetin rektoru Abel Məhərrəmov deyib. Rektor qeyd edib ki, hələlik bu siyahı tam olaraq ictimaiyyətə açıqlanmayıb: “Amma artıq araşdırmanı aparan agentlik bizə zəng vuraraq təbrik edib ki, bu siyahıda müəyyən yerə layiq görülmüşük. Azərbaycanın bütün sahələri inkişaf etdiyi kimi elm və təhsil səhəsi də inkişaf etdirilməlidir. XI əsrdə o dövlət inkişaf etmiş hesab olunur ki, orada elmin və təhsilin səviyyəsi yüksək olsun. Ona görə də istərdim ki, Azərbaycan elm və təhsili dünyada özümüzü təsdiq etsin”.
S.QARAYEVA

 





14.09.2012    çap et  çap et