525.Az

Moskvada I Avropa Oyunlarına dəstək


 

Moskvada I Avropa Oyunlarına dəstək <b style="color:red"></b>

Rusiya Xalqlar Dostluğu Universitetinin Bədən Tərbiyəsi və Sağlamlıq Mərkəzində “RAGB-2015” Universiadasının açılışı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın aparıcı ali məktəblərinin tələbələrinin iştirak etdiyi universiada “Bakı-2015” I Avropa Oyunlarına dəstək çərçivəsində keçirilir.

Açılış mərasimində çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev və Rusiya Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Emin Hacıyev Bakıda keçiriləcək möhtəşəm idman bayramının vacibliyi haqqında danışıblar. Onlar “RAGB-2015” Universiadasının iştirakçılarına ədalətli mübarizə və layiqli idman nəticələri arzulayıblar. 
 
Universiadada ilk olaraq masa tennisi üzrə yarışlara start verilib. 50 tələbənin iştirak etdiyi turnir kişi və qadınlar arasında iki proqramdan ibarət olub. 
 
Yaxın günlərdə voleybol, basketbol və qaçış idman növləri üzrə yarışlar da keçiriləcək. Bundan başqa, “RAGB-2015” Universiadasının proqramına hər il keçirilən Heydər Əliyev adına ənənəvi mini-futbol turniri də daxil edilib. Turnir mayın 10-da "Lujniki" idman arenasında keçiriləcək.

Həmin gün Universiadanın bütün qaliblərinin mükafatlandırılma mərasimi də baş tutacaq.

 





27.04.2015    çap et  çap et