525.Az

MSŞA Koalisiyası Gədəbəydə təlim keçirib


 

MSŞA Koalisiyası Gədəbəydə təlim keçirib<b style="color:red"></b> Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Gədəbəy şəhərində “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) haqqında ictimai məlumatlılığın artırılması” mövzusunda tədbir keçirib.
 
Təşkilatdan APA-ya verilən məlumata görə, vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları, KİV, bələdiyyə, yerli icmalar və hasilat sənayesi şirkətlərinin 120-dən artıq təmsilçisinin iştirak etdiyi tədbirin məqsədi MHŞT və bu təşəbbüsün Azərbaycanda tətbiqi haqqında məlumatlılığı artırmaqdır.
 
Tədbir MHŞT üzrə Katiblik və Dünya Bankının dəstəyi ilə MSŞA Koalisiyası tərəfindən təşkil edilib.
 
MSŞA Koalisiyasının Əlaqələndiricisi Əliməmməd Nuriyev tədbirdə bildirib ki, MHŞT prosesi vətəndaşlar üçün hasilat sənayesindən əldə olunan gəlirlər haqda məlumatları açıqlayır.
 
Koalisiyanın Şura üzvü Rafiq Təmrazov "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü: tarixi ehtiyac və təşəbbüsün  inkişaf mərhələləri” mövzusunda çıxış deyib ki, MHŞT hökumətlər, şirkətlər və vətəndaş cəmiyyətləri arasında işgüzar dialoq yaradaraq bütün tərəflərin ölkədə şəffaflığın artırılmasına töhfəsini verməsinə imkan yaradır.
 
Şuranın digər üzvü İlqar Hüseynli "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi" mövzusunda çıxış edib.
 





27.04.2015    çap et  çap et