525.Az

“Toya bir gün qalmış” komediyasının premyerası keçirilib


 

“Toya bir gün qalmış” komediyasının premyerası keçirilib<b style="color:red"></b> Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunan Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası keçirilib.
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur.
 
Komediyada musiqiləri Ənvər Sadıqov səsləndirib.
 
Əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa edib.
 
Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. 
 





27.04.2015    çap et  çap et