525.Az

Azərbaycan futbol ailəsinin 80000-ci üzvü


 

Azərbaycan futbol ailəsinin 80000-ci üzvü<b style="color:red"></b>

Azərbaycan futbol ailəsinin üzvlərinin sayı 80 minə çatdı.

Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

Qeyd edək ki, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Artıq bu sistemdə qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb.

Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 80 mininci üzvü AFFA-nın həyata keçirdiyi “Coca-Cola Məktəbli Kuboku” turnirinin iştirakçısı Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi, 01.07.2002-ci il təvəllüdlü Məhəmməd Şahlar oğlu Əsgərovdur.

 





27.04.2015    çap et  çap et