525.Az

Nepalda zəlzələ qurbanlarını yandırmağa başladılar


 

Nepalda zəlzələ qurbanlarını yandırmağa başladılar<b style="color:red"></b>

Nepalda aprelin 25-də meydana gələn 7,9 bal gücündəki zəlzələdə həyatını itirənlərin sayı 4  minə çatıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölülərin çoxalması ilə birlikdə yoluxucu xəstəliklərin artmasından qorxan nepallılar çay kənarlarında cəsədlərini yandırmağa başlayıblar.

Polis səlahiyyətliləri, zəlzələdə ölənlərin sayının 4 minə çatdığını, 7 mindən çox insanın yaralandığını deyib.

Daxili İşlər Nazirliyinin rəsmisi Rameshvor Dangal axtarış-xiasetmə işlərinin davam etdiyini və zəlzələ zonasından çox sayda adamın helikopterlə xilas edildiyini bildirib.

BMT-nin Uşaqlara Yardım Fondunun Katmandudaki  su, təmizlik və gigiyena üzrə koordinatoru Anı Gautham zəlzələ nəticəsində evləri dağılanların küçələrdə və ya düşərgələrdə qaldığını bildirib.

Onun fikrincə, zərərçəkənlərin düşərgələrdə qalma müddəti uzandığı təqdirdə ishal, vəba kimi xəstəliklərin baş verməsinin qaçılmaz olacaq.

 





28.04.2015    çap et  çap et