525.Az

Baltimorda komendant saatı tətbiq edilib


 

Baltimorda komendant saatı tətbiq edilib<b style="color:red"></b> ABŞ-ın Baltimor şəhərində komendant saatı tətbiq edilib.
 

APA-nın “The Baltimore Sun” qəzetinə istinadən verdiyi məlumata görə, bunu şəhərin meri Stefani Rolinqs-Bleyk bəyan edib.
 
Komendant saatı axşam saat 22:00-dan səhər saat 5-ə kimi bir həftə müddətində qüvvədə qalacaq.
 
Xatırladaq ki, bundan əvvəl Baltimorda baş verən kütləvi iğtişaşlarla əlaqədar Merilend ştatında fövqəladə vəziyyət elan edilib.
 





28.04.2015    çap et  çap et