525.Az

Dağa çiyin verən ədib... (esse-portret)


 

Dağa çiyin verən ədib...<b style="color:red"> (esse-portret)</b>

Novruz Nəcəfoğlu         

Yazıçılarımız haqqında bir neçə il bundan qabaq nəşr olunan ensiklopediyada onun haqqında da qısaca belə bir məlumat var: “Əliyev Məmmədhüseyn Rüstəm oğlu-nasir. 1960- ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

1925-ci il aprelin 25- Azərbaycanın Lerik rayonunun Kürdəsər kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1949-1954). İlk qələm təcrübəsi – “Səs verirəm” 1947-ci ildə Lerik rayonununKolxoz yoluadlı qəzetində çap olunmuşdur. Bundan sonra şeirlərini çap etdirsə , 1955-ci ildən nəsrə keçmişdir.

Pedaqoji fəaliyyətinə 1940- ildən başlamışdır. Lerik Lənkəran rayonlarında müəllimlik etmişdir. Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona şöbəsinin məsul katibi işləmişdir. 1959-cu ildən başlayaraq Lənkəran rayon deputatları sovetinə mütəmadi olaraq deputat seçilmişdir. “Prokurorpyesi Lənkəranda tamaşaya qoyulmuşdur. Xidmətlərinə görə üç medala layiq görülmüşdür.

1994- il iyulun 6-da vəfat etmişdir”.

Sonra isə onun çap olunmuş kitabları sadalanır:

1. Dağlar oğlu, Bakı, Uşaqgəncnəşr, 1958, 200 səh.

2. Dağda bahar, Azərnəşr, 1966, 150 səh.

3. Lənkəran hekayələri, Gənclik, 1967, 56 səh.

4. Müstəntiq, Azərnəşr, 1973, 145 səh.

5. Torpağın ətri, Gənclik, 1979, 205 səh.

6. Qayaların səsi, Yazıçı, 1983, 188 səh.

7. Dağlar oğlu, Gənclik, 1984, 456 səh.

8. Döyüşən illər, Yazıçı, 1986, 349 səh”.

Haqqında söz açmaq istədiyim Məmmədhüseyn Əliyev elmi-pedaqoji sahədə, istedadlı müəllim, publisistikada diqqətli tələbkar jurnalist  idi. O, həm bir çox poemaların, şeir qəzəllərin müəllifi kimi tanınırdı. Lakin nasir kimi o ən çox dram əsərləri romanların müəllifi kimi məşhurdur. Məmmədhüseyn Əliyevin romanları xalqın həyat məişətinin epopeyası, milli şüurun fəlsəfi təfəkkürün inkişaf yolu idi. Bu əsərlərin hər birisi bədii filmlərin ssenarisi kimi qədim bir xalqın adət ənənələrini, həyat tərzini, məişətini, sevgi nifrətini, düşüncə tərzini açıq bir şəkildə göz önünə gətirərək bütöv bir təsəvvür yaradır.

Məmmədhüseyn Əliyev 1992-ci ildə Azərbaycan RespublikasınınƏməkdar İncəsənət Xadimiadına layiq görülmüşdü. 1988-ci ildə İraqınƏl-əhramqəzetində dərc edilmişEy ana Bağdad!” şeirinə görə ərəb ölkələri poeziya festivalının mükafatını almışdı.

                                                             lll  

Məmmədhüseyn Əliyevlə şəxsi tanışlığımızın tarixçəsi açığını deyim ki, yaxşı yadımda deyil. Bir ki, şairlərlə, yazıçılarla, bir sözlə qələm adamları ilə tanışlıq yəqin ki, hər bir oxucunun onların yazı-pozuları, yaradıcılıqları, kitabları ilə ünsiyyətdən başlayır.

Bu hesabla bu görkəmli yazıçı ilə mənim tanışlığımın yaşı yəqin ki, keçən əsrin 60- illərinin ortalarına, orta məktəb şagirdi olduğum vaxtlara təsadüf edir. O illərdə Məmmədhüseyn ƏliyevinDağlar oğluromanı bütün cənub regionunda əl-əl gəzirdi. Axı, necə deyərlər, əsərin qəhrəmanı bu yerlərin adamlarına bir köynək yaxın, daha doğma, tanış olan bir insanuzunömürlüyü ilə keçmiş SSRİ məkanında, nəhəng bir dövlətdə şan-şöhrət yiyəsi Mahmud Eyvazov idi!

Yazıçının qələmə aldığı əsərlərin bütün qəhrəmanları, bütün obrazları bu bölgənin az qala bütün oxucularına, elə mənə yaxşı tanış idi. Məmmədhüseyn Əliyevin elə kitablarının adları da bu yaxınlıqdan, tanışlıqdan soraq verirdi; elə biriLənkəran hekayələri”.

                                                           lll

Məşhur fransa kardinalı Rişelye onuböyük siyasətçi”, “parlaq diplomatadlandıranlara, bu təriflərə tam laqeyd qalırdı. Həm ortabab bir şair olan Rişelye istəyirdi ki, ona desinlər: “Siz necə gözəl şairsiniz”.

Güclü, zəif, hər bir qələm adamı üçün, bəli, yazdıqları haqqında tərifdən, xoş sözdən şirin bir şey yoxdur. Yaradıcılığına bələd olan oxucu tənqidçilər tərəfindən ünvanına deyilən tərif xoş sözlər isə Məmmədhüseyn müəllimin halal haqqı, payı idi.  

Qeyd etdiyim kimi, ədəbi ictimaiyyət Məmmədhüseyn Əliyevi əsasən bir nasir kimi tanıyır. Ancaq yazıçı öz qələmini dramaturgiya sahəsində sınamışdı. Bu unudulmaz insan, yazıb yaratdıqları ilə o illərdə imzası ilə yaxşı tanınan ədib haqqında portret-esseyə ilk əvvəl onun dramaturgiyası ilə söhbətlə başlamaqda məqsədim var. Dram əsərlərindəki yaratdığı obrazların dili ilə Məmmədhüseyn müəllim həyat, insan, cəmiyyətlə bağlı ürəyindən keçənləri deyir, kəskin monoloqlarını söyləyir, cəsarətli replikalarını atırdı.

Bir-birindən maraqlı səhnə əsərləri –“ProkurorAna fəryadıpyesləri ötən əsrin 80-ci illərində N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuş böyük müvəffəqiyyət qazanmışdı. Hər iki tamaşa Lənkəran şəhəri ilə yanaşı cənub regionunun digər rayonlarında da, o cümlədən, Lerikdə   bir neçə dəfə müvəffəqiyyətlə oynanılmışdı.

Görkəmli yazıçınınProkurorpyesinin quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Baha Rzayev tamaşa hazırlanarkən müəllifin məşqlərdə müntəzəm iştirakından, məşqlər zamanı hər bir obraza istər rejissor, istərsə aktyorlar tərəfindən səhnə həyatı verilməsini ciddi müşahidə etməsindən, aktyorlara tövsiyələrindən, rejissorlarla mübahisələrindən əlbəttə, özünün xarakterinə uyğun bəzən haqlı-haqsız didişmələrindən elə maraqlı söhbətlər edirdi ki, elə bu söhbətlərin özünün hər biri az qala bir tamaşa idi.

 Prokurorpyesinin tamaşası, xüsusən tamaşadakı Əmənov obrazı o qədər güclü, möhtəşəm, təbii, real alınmışdı ki, istər-istəməz tamaşaçıya söz deməyə, müzakirə açmağa əməlli-başlı bir meydan vermişdi. Teatrda, şübhəsiz ki, hər bir obrazın uğuru rejissorun peşəkarlığından aktyorun məharətindən asılıdır. Ancaq həmin obrazı yaradan, əsərdə yerini müəyyənləşdirən ilk əvvəl mətnin müəllifi, dramaturqdur. Məmmədhüseyn müəllim isə səhnəyə qoyulan əsərin müəllifi olmaqla yanaşı, Baba müəllimin dediyi kimi, az qala quruluşçu rejissor tək hər bir obrazın məhz onun özünün nəzərdə tutduğuqiyafədəgörünməsi üçün məşqlər zamanı az qala teatrın yaradıcı heyəti iləcihadaçıxarmış.

Yenə Baba müəllimin dediklərindən; Baba müəllim danışırdı ki, “Prokurorda Əmənov obrazının rejissor çözümü, aktyor oyunu məşqlər zamanı Məmmədhüseyn müəllimi açmır, heç cürə qane etmirdi. Mübahisə edir,  aktyora məşqlərin gedişində birbaşa iradını bildirir, “topa tutmaqdanbelə çəkinmirdi. Bir dəfə hövsələsi necə təngidisə mənə dönüb:

Baba müəllim, bu, Əmənov var ey, Əmənov! o bu vəziyyətində ... – filansız prokurorun ..... girməyə hazırdı, səhnədə , bax, elə görünməlidi, elə, – deyə özünəməxsus danışıq tərzində fikrini deyib durdu.

Bəli, belə yanaşma, düşündüyünü, fikrindən keçənləri haqlı bilib öz həqiqətinə sadiq qalmaq, heç kimsəni dinşəməyib demək, ötkəmlik o kişiyə xas olan keyfiyyət idi bu da ona yaraşırdı. Necə deyərlər, “zərinə görə zoru da var idi”. Dediklərimə inanmayıb tərəddüd edənlər qoy bu sənətkarın ədəbi irsinə müraciət etsinlər...

İndiki qalaq-qalaq kitab müəlliflərinin xətirlərinə dəyməsin, həftədə birromanxətm edən nasirlər qoy məndən incik düşməsinlər. Məmmədhüseyn müəllimin yaradıcılığına dodaq büzüşdürən ifadələr, quru kəlmələr, buz kimi soyuq sözlər yad idi. Yaratdıqlarında səmimilik, həyatın içindən, reallıqdan süzülüb gələn həqiqət ən uca zirvədə idi, cəsarəti ki, öz yerində! Haqqına, hədəfdə  olan ünvanları sancıb dəlmək üçün gicitkəni əskik olmazdı...

İndi qələm əhlinin tez-tez üz tutduqları, dediklərindən yerli-yersiz iqtibas gətirdikləri Borxesin sözləridir: “Mən bu kağız qalağınaəsərlərimin külliyyatına, özü hələ tam olmayan külliyyatına baxanda bu qədər yazdığım üçün daxilən əzab çəkir, utanıram...”

Əlbəttə, dünya şöhrətli yazıçı filosof bu sözləriylə təvazökarlıqla yanaşı bir ara dediyim kimi, az qala gündə bir romanxətmedənlərə lağ edir, atmaca atırdı...

Məmmədhüseyn Əliyev isə yazıb-yaratdıqları, yaratdıqlarını təqdim etdiyi cəmiyyət qarşısında alnıaçıq, üzüağ idi.

Özünü qayım-qədim sayan, arxalı qələm əhlilərininbəysözünü ehtiyatla, sətir altında qorxa-qorxa işlətdikləri bir zamanda Məmmədhüseyn müəllim öz əsərlərində yaratdığıbəysürətlərinə sığal veribbəykəlməsini elə şirin işlədirdi ki, valeh olmaya bilmirdin. Həm onunbəyobrazları həqiqətən , ayağı paftalı gədalardan seçilən kişilər idilər, bəli, bəy idilər, ağayana, ağır-batman, taxtalı kişilər... Elə biriQayaların səsipovestindəki Əbdülhüseyn kimi...              

Dövrünün bir çox yaradıcı ziyalıları kimi Məmmədhüseyn müəllimin öz taleyi döyüşən illərdən keçmişdi.

                                                           lll

Sözümün bu yerində Məmmədhüseyn Əliyevi bu günün oxucularına daha yaxından tanıtmaq üçün onların nəzərinə yazıçının ömürlülüyündən daha bir neçə avtobioqrafik məlumatları da çatdırmaq istəyirəm.

Məmmədhüseyn Əliyev əllinci illərin əvvəllərində Lerikin universitet təhsilli, barmaqla sayılan ziyalılarından biri idi. Ali təhsilini başa vurduqdan sonra doğma rayonuna qayıtmış, əvvəlcə bir müddət müəllimlik etmiş, sonra məktəb direktoru olmuşdu. Onu da deyim ki, təbiətən içində demokratik dəyərlər qaynayan bu işıqlı insanın işləri həmişə heç rəvan getməmişdi. Yeri gəldikcə işində, fəaliyyətində maneələrlə qarşılaşmış, inandığı həqiqətlərinə çatmaq üçün çarpışmalı olmuşdu. (Əslində öz həqiqətləri uğrunda mübarizə sonadək onun həyat kredosu olmuşdur).

Yazıçının atası Axund Molla Rüstəm İraqın Əl-Nəcəf şəhərində 25 illik ali ruhani təsili aldıqdan sonra Lerik rayonunda şəriət bilicisi istedadlı bir alim kimi fəaliyyətə başlamış o taylı, bu taylı Azərbaycanda dinin, təhsilin yayılmasında böyük xidmətlər göstərmişdi. O vaxtkı rejimin belələrinə qarşı münasibəti bəlli idi. Sovet hökumətinin təqiblərindən qurtarmaq üçün Axund Molla Rüstəm İrana-Ərdəbil şəhərinin Camahiran kəndinə köçmüş uzun müddət orada 17 kəndin rəsmi dini xadimi kimi fəaliyyətini davam etdirmişdi.

İlahiyyatçı aliminin, həm əqidəsinə görə tərkivətən olan bir ruhaninin oğlunun kommunist partiyasının sıralarına daxil olması o zamanlar elə asan məsələ deyildi. Yazıçının bu istəyinə qarşı o vaxtkı cəmiyyətdə işıqlı adamların həm birqismətiolan bədxahları tərəfindən maneələr törətmək cəhdləri şəksiz ki, olmuşdu. Lakin bu cəsarətli, mübariz insan bütün bu maneələri dəf etmiş, kommunist partiyasının sıralarına daxil olmuşdu. Lakin gözü götürməyənlər əl çəkməmiş, həmişə kölgəsini qılınclamışdılar...          

Məmmədhüseyn müəllim indilərdən fərqli olaraq açığını deyək ki, çox vaxt haqsızın haqlını üstələdiyi illərdə ucqar dağ rayonu Lerikin çək-çevirindən uzaqlaşaraq, bəlkə elə çox çətinliklə sıralarına daxil olduğu kommunist partiyasının üzvlük biletini baş verə biləcək qəfil xətalardan qorumaq üçün doğma yurd-yuvasından aralı düşmüş, bu ayrılıq qədər çətin olsa, köç edib bölgənin mərkəzi şəhərinə, Lənkərana enmiş, orada yurd-yuva salmış, od-ocaq qalamışdı. Şübhəsiz ki, bu istedadlı söz sərrafı mərkəzdə, ədəbi mühitin daha qaynar olduğu paytaxtda daha böyük yaradıcılıq uğurları qazana bilərdi. Ancaq Məmmədhüseyn müəllim bir əyalət mərkəzində yerləşib, orada sabitqədəm oldu.

İndi bu sətirləri yazdığım məqamda düşünürəm ki, kim bilir,  bəlkə elə Məmmədhüseyn müəllimin xatirinə o zamanlar bu əyalət şəhərində, Lənkəranda Yazıçılar Birliyinin filialı təşkil edilibmiş təbii ki, o kişi həmin filialın ilk rəhbəri olubmuş. Burasını da düşünürəm ki, Məmmədhüseyn müəllimin ötkəmliyinə, düzünə qululuğuna, cəsarətinə, elə bu keyfiyyətləri ilə üst-üstə düşən geniş yaradıcılıq diapazonuna bələd olanyuxarılardakısuyu üfürə-üfürə içən yetkililər həm tezcənə bu filialıtəşkil edibmişlərki, bu mərd, sözü kimi özü bütöv kişinin başını buralarda qarışdırıb mərkəzdən uzaqda tutsunlar....

Məmmədhüseyn Əliyev isə elə bu filialda da çalışa-çalışa böyük coşqu ilə yazıb yaratdı, “Dağlar oğlu”, “Dağda bahar”, “Torpağın ətrikimi neçə-neçə əbədiyaşar əsərlərini irs olaraq bu günün sabahın oxucularına ərməğan elədi.  

Uzaq əyalətdə bir ədəbi məktəb ədəbiyyatımız naminə bir ədəbi mühit yaratdı, yeni, yaradıcı bir nəsil yetişdirdi indi onların da bir çoxu müasir ədəbiyyatımızda layiqli yer tuturlar ki, elə bu da yaradıcılığı ilə yanaşı Məmmədhüseyn müəllimin ədəbiyyatımıza xidmətidir.

                                                            lll

Elə buradaca görkəmli yazıçının özünəməxsus şəxsi məziyyətlərindən, onunla qısa ünsiyyətlərimdən yadımda qalan bəzi məqamları qeyd etmək istəyirəm.

Lerikdən-Lənkərana, necə deyərlər, dağdan arana enəndən bir müddət sonra bir gün Məmmədhüseyn müəllimin yolu doğma rayona düşür. Fürsətdən istifadə edib neçə il direktoru olduğu məktəbə yollanır. Keçmiş yoldaşları ilə görüşüb hal-əhval tutur.

Sonra da sıra ilə oturub onunla şirin-şirin söhbət edən müəllimləri diqqətlə nəzərdən keçirib baxışlarını köhnə həmkarı Bilal müəllimin üzərində saxlayır:

Bilal müəllim, səndən bir söz soruşacam, ancaq düzünü de, mən çoxsüdverirdim, yoxsa indiki direktorunuz Mürsəl müəllim?..

Məmmədhüseyn müəllimin demək istədiyini əlüstü başa düşən Bilal müəllim çox da yubanmadan, necə deyərlər, əlbəəl:

Məmmədhüseyn müəllim, adamın başının üstündə Allahı var, çox süd verməyinə, əlbəttə, sən Mürsəl müəllimdən artıq verirdin, özü sərinc-sərinc... Sonra da nəzərlərini keçmiş direktorunun üzünə zilləyib: – Ay Məmmədhüseyn müəllim, incimə ha, ancaq öz aramızdır, burası da vardı ki, axı həm sən arada bir təpik atıb o sərincin südünü dağıdırdın...

Yeri gəlmişkən, Bilal müəllimin özü olduqca maraqlı, hazırcavab bir adam idi.

Söhbət açdığım o illərdən bir müddət sonra mən rayonun kommunist gənclər təşkilatına rəhbərlik edirdim qəsəbədəki ən qocaman, 1 saylı məktəbdə çalışan bu müəllimlə əsnasında  tanış olub dostlaşmışdım. Aramızda xeyli yaş fərqi olmasına baxmayaraq, Bilal müəllim bütün məziyyətləri, halı-xasiyyəti ilə elə bir növ özü gənclərin sırasında idi. Bir yeniyetmələrlə, gənclərlə işləyənlər elə indi qədər ki, onların arasında,  ünsiyyətdədirlər, elə özləri sanki cavandırlar. O mühitdən ayrıldıqları, uzaqlaşdıqları gündən isə qocalıqları başlayır...

...Rayon partiya komitəsinin ikinci katibi işləyirdim. Vəzifə pillələri tədricən məni bir az da irəli, yuxarı qatlara qaldırsa da, Bilal müəllimlə, ona bənzər yaxşı kişilərlə münasibətlərimi dəyişdirməmiş, daha da istiləşdirmişdim...

Bir gün birisi mənə Bilal müəllimin hansısa bir məsələ ilə bağlı ardımca gileyləndiyini dedi.

Bilal müəllimə məndən artıq, yaxın olan, ərki çatan dostum Akif Tağıyevə:

Bilal müəllimi məni istəyən adam bilirdim. Deyirlər ki, ardımca danışıb, – deyə giley-güzar elədim.

Hər ikimizin dostu da tez-tələsik bu umu-küsümü kişiyə çatdırmışdı. Aradan çox keçmədi ki, Bilal müəllim yanıma gəldi. Yaşlı kişinin qabağına yeriyib kabinetimin qapısı ağzında qarşıladım. Ehtiramla oturmağa yer göstərdim. Bilal müəllim heç vaxt üz-gözündən əskik olmayan təbəssümlə məni süzüb kef-əhval tutdu. Ordan-burdan söz salıb heç olmamış kimi qəfildən mətləb üstünə gəldi:

Eşitmişəm məndən gileylənmisən, – dedi.

Düzü, onun bu sözlərindən bir qədər tutuldum. cavab verəcəyimin götür-qoyundaydım ki, kişi özü vəziyyətimi yüngülləşdirdi, sözünə davam edib:

Evimizə qaz balonunu mən alıb gətirirəm. Elə tənzimləyicini peçə özüm qoşuram. Sonra kibriti arvada  verib, “alışdır, gör yanır?” – deyib kənara çəkilirəm...

Beləcə Bilal müəllim sözünü bitirib gülər yaşıl gözləri ilə qımışa-qımışa üzümə baxaraq sonra da  oturduğu yerdən qalxdı, artıq-əskik daha bir kəlmə söz demədən sağollaşıb otaqdan çıxdı. Mən qapıya qədər kişinin ardınca gedibnahaq özünüzü əziyyətə salıb buracan gəlmisiz, vallah, buna heç gərək yox idi,” – deyə bildim...   

                                                           lll

Məmmədhüseyn müəllimin bir hekayəsi var; “Hampa oğlu”.

Çoxdan eşitdiyim əhvalatdı. Deyirlər ki, bəs bir nəfərin yanında bacısı oğlunu tərifləyirlər ki, “Allah saxlasın, canlara dəyən, fərasətli oğlandı”.

Həmin adam da deyilənləri təsdiqləyib: – Həə, düz deyirsiniz, həqiqətən, yaxşı oğlandı... Ancaq... Hayıf ki, qardaşım oğlu deyil, – deyə köks ötürür...

Məmmədhüseyn müəllim bu fikri məharətlə inkişaf etdirib həmkəndlisi, gənc yaşlarından o zamanların idarəetmə orqanlarında babat vəzifə tutan ümidverici bir gənci, Musarza Məmmədovu nəzərdə tutaraq adı çəkilən hekayəni qələmə alıbmış elə o gənclə hər dəfə rastlaşanda:

Özünü tanıdın da...  Hampa oğluhekayəmdəki o gənc oğlan sənsən ha, – deyərmiş. 

Onun hər mükaliməsinin arxasında məsələyə münasibətinin özünəməxsus mükəmməl fəlsəfəsi vardı.

Bir yaxın adamla Məmmədhüseyn müəllimin yaşayıb işlədiyi şəhərdən ötüb keçərkən görüşmək üçün ayaqüstü kişinin yanına döndüm. Yol yoldaşım:

Mən aşağıda durub gözləyirəm, – deyib yuxarı, kişinin rəhbərlik etdiyiyazıçılar birliyininbölgə filialının yerləşdiyi binanın ikinci qatına qalxmağa ya tənbəllik elədi, ya da saymazyanalıq, kim bilir, bəlkə aralarında nəsə vardı, deyə bilmərəm...

Mən yuxarı qalxıb yazıçı ilə görüşdüm, yüngülvari bir  hal-əhval tutdum, sonra da əlbəəl  sağollaşıb getmək istədiyimi bildirdim.

Kişi: – Hara belə tələsirsən? Əyləşsənə,  bir stəkan çay ! – deyə oturmağı təklif elədi.

Mən dil ağız edib:

Mərkəzə tərəf ötüb keçirdim, – dedim, – sizinlə ayaqüstü olsa görüşüb hal-əhval tutmaq istədim. Onu da əlavə etdim ki, bəs filankəs aşağıda durub məni gözləyir, yubanmayım, icazə verin, qoy gedim.

Bu sözlərimdən  kişi alındı, sonra da oturduğu yerdən qalxdı, otaq boyu o baş-bu başa birgəşteləyib gəlib qarşımda durdu:

Gedirəm deyirsən, get, yolun açıq, işin avand olsun, məni sayıb gəldiyin üçün sağ ol, xatirin əziz olsun! Sonra da əlimi sıxıb mənalı-mənalı:

O aşağıda gözləyənfilankəsə çatdırarsan ki, düşüb onunla da görüşərdim, dedi, – ancaq ötən axşam şam yeməyinə boranı yemişəm, bu səbəbdən gərək bağışlasın məni...

Kişinin bununla demək istədiyini şəksiz ki, ilk əvvəl anlamadım, heç yol yoldaşıma da bu boranı əhvalatını açıb demədim. Aradan bir müddət keçəndən sonra ərkim çatan bir-ikiköhnə kişinin”, söz sərraflarının yanında bu əhvalatı danışdım, Məmmədhüseyn müəllimin demək istədiklərininbir gün əvvəl yeyilən boranının ertəsi gün xoşa gəlməyənfəsadlaravəsilə, səbəb ola biləcəyini kişinin yuxarı qalxıb onunla görüşməyə tənbəllik edən şəxsin etinasızlığına elə ofəsadların həngində  tutarlı cavabını anladım...

Onu da anladım ki, şübhəsiz, Məmmədhüseyn müəllim heç boranı-filan yeməmişdi, sadəcə ona qarşı laqeydlik edən şəxsə öz iradını, tənəsini özünəməxsus tərzdə beləcə bildirmişdi...

                                                           lll

Həmyerlimiz Əsgər Talıboğlunun anası rəhmətə getmişdi. Qonşu bölgələrdən birinin rəhbərinin anasının rayon mərkəzindən xeyli aralı, Kirəvud kəndində keçirilən yas məclisində ehtiram əlaməti olaraq bir neçə gün ardıcıl iştirak etdik.

Həmin müddətdə Məmmədhüseyn müəllimi getdiyim vaxtlar bu hüzr məclisində görəsi olurdum. Yay vaxtı olduğu üçün yasa gələnlərin əksəriyyəti, elə biz qarışıq açıq havada, həyətin bağçasında, ağacların altında qoyulmuş stollarda əyləşirdi. Düzünü deyim ki, hər adam bu tanınmış sənətkarın yanında oturmağa cəsarət etmirdi. Qonaqlarla dolub-boşalan bağçada Məmmədhüseyn müəllimin əyləşdiyi böyük stolun arxasında iki, ya üç nəfər olardı.

Yeri gəlmişkən, Məmmədhüseyn müəllimin Lerikdə ən çox ünsiyyət saxladığı adam Vəkil Ağababayev idi. Sözün əsl mənasında el-oba təəssübkeşi olan Vəkil müəllim həm sözə-sənətə çox yaxın, qələm adamlarına diqqəti ilə seçilən, fərqlənən bir ziyalıdır. Vəkil müəllimlə şəxsi münasibətimiz onun Məmmədhüseyn müəllimlə yaxınlığı məni rahatca bu kişinin, yazıçının oturduğu stolun ətrafına çəkirdi. Xatirimdədir, məclisdə ehsan üçün düzülmüş təamların arasında mövsümə uyğun olaraq tabaq dolusu gilas da olurdu. Kişinin bir-birindən maraqlı söhbətləri bir yana, qəribə gilas yeməyi vardı. İri çini qabda qoyulmuş seçmə gilasların saplağından yapışıb ustufca ağzına qoyur, şirəsini somurub sonra da çəyirdəyinin  kimə dəyəcəyinin fərqinə varmadan çiyninin üstündən arxaya tolazlayırdı. Ta ki, iri tabaqdakı meyvələr qurtarana qədər kişinin şirin söhbətlərini nəzərə alsaq, adam bu gilasların tükənib qurtarmasını heç istəmirdi...

                                                           lll 

Səksəninci illərin sonunda rayon partiya komitəsinin ikinci katibi işlədiyim vaxtlarda Yazıçılar Birliyinin Lənkəran bölgəsinin məsul katibi Məmmədhüseyn müəllim başda olmaqla, qurumun gənc yazarlarını Lerikin ədəbiyyat həvəskarları ilə görüşə dəvət elədim (Aralarında Balayar Sadiq, Xanlar Həmid indi adlarını unutduğum başqaları da var idi). Çox maraqlı, yadda qalan bir şölən oldu. Tədbirdə birliyin rəhbəri kimi Məmmədhüseyn müəllim danışdı, öz yaradıcılığı haqqında xəsisliklə qısaca, gənc yazarlar, onların gələcək perspektivləri barədə isə ürək dolusu, geniş danışdı. Gənc nasirlər öz əsərlərindən parçalar, şairlər isə şerlərindən seçmələr oxudular. Sonda şübhəsiz ki, mən danışdım, “əsgəriolduğumuz partiyanın ədəbiyyat, söz ustaları qarşısında qoyduğu vəzifələrdən söz açdım. Sonra da tədbirə gələn qonaqlara dostum Hüseynbabanın yeməkxanasında xudmani bir nahar verdim. Bilmirəm, görüşdəki çıxışımmı, ya bəlkə elə dostumun hazırladığı yeməklərin dadı-tamımı yazıçının necə xoşuna gəlmişdisə, tanrı payı olan uca boy-buxununa yaraşan qaltannı səsi ilə məni tərifləyir, elə heyoğlan, mən səni kəşf elədim”, – deyə təkrar edirdi...

                                                           lll

XVII-XVIII əsr fransız şairi mütəffəkiri Bualo üzünü qələm adamlarına tutub deyirdi:  Demək istəyəndə ki, yağış yağır, eləcə yazın: “Yağış yağır”, daha bazar açmayın!”

Məmmədhüseyn müəllimin istər roman povestlərində, istərsə hekayələrində artıq təfərrüatçılıq, mətləbdən, yazıçı qayəsindən uzaq, kənar söz yoxdur. Bəlkə elə buna görə onun romanları o dövrdə yazılan bu janrdakı əsərlər kimi qalın-qalın, cild-cild deyil...

Gözü tutmayan, sözünün çəkisi yerində olmayan ədəbiyyat adamları, yeri gələndə elə orta zümrəyə mənsub vəzifə adamları haqqında da bəzən hiddətlənib:  Əşi, filankəsi qələmin ucuna qoyub ataram”, – deyərdi.

Düşünürəm ki, görkəmli yazıçı indi sağ qalıb yaşasaydı bu gen-bolyaradıcılıq bazarında  yəqin ki, əlində zopa ilə gəzərdi...

Məmmədhüseyn Əliyev əyalətdə yaşaya-yaşaya ömrünü eləcə orada da başa vurdu; demək lazımdır ki, o illərdə Məmmədhüseyn müəllim  kitabları çıxmış, tək-tük qələm adamlarından idi ki, paytaxt Bakıdan, ədəbi mərkəzdən uzaqda yaşayıb yaradırdı. Yaşadığı regionu həm öz yazıçı adı ilə şöhrətləndirirdi. Bu, Məmmədhüseyn Əliyevin həm yazıçı xoşbəxtliyi idi.

Dünyadan köç edən hər bir sənətkar həm özü ilə yazıb yaradacaqlarını da aparır. Bəlkə elə buna görə onların itkisi daha ağır olur.

Ağrı-acı, köks ötürə-ötürə deyək ki, Məmmədhüseyn müəllim dağ adamlarından  fərqli olaraq bir elə uzun ömür sürmədi, ədəbi həyat verdiyiDağlar oğlunun qəhrəmanı Mahmud Eyvazovun ömrünün vur-tut yalnız üçdə biri qədər yaşaya bildi...

Ancaq qəm; axı burası var ki, sənətkarların ömrü onların qoyub getdikləri əsərlərində yaşayır.

Daha uzun, daha əbədi!

                                                           lll

...Belə deyirlər ki, məşhur bir adamın ölümündən az əvvəl dostları harada dəfn edilməsini arzuladığını ondan xəbər alanda, o da belə cavab veribmiş ki, mənim üçün fərqi yoxdur, istəyənlər onsuz da məni axtarıb tapacaqlar...

...Bəli, Məmmədhüseyn Əliyevimüasir nəsrimizin neçə-neçə maraqlı nümunələrini yaratmış gözəl sənətkarlarımızı da qədirbilən oxucular əsərləri vasitəsilə bundan sonra da yəqin ki, həmişə axtaracaqlar...

25 noyabr 2012-ci il

 





10.12.2012    çap et  çap et