525.Az

Azərbaycan İDEF-2015-də iştirak edəcək


 

Azərbaycan İDEF-2015-də iştirak edəcək<b style="color:red"></b> Mayın 5-də Türkiyə İDEF-2015 XII beynəlxalq müdafiə sənayesi sərgisi açılacaq.
 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin himayə və dəstəyi, Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun (TSKGV) idarəçiliyi ilə keçiriləcək sərgiyə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılacaq.
 
Beynəlxalq sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar - “İstiqlal-1T”, “Mübariz”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, "Şimşək-10” hücum pulemyotu, müxtəlif növ döyüş sursatları, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silahı nümayiş olunacaq.
 
46 ölkədən 135 rəsmi heyətin iştirak edəcəyi sərgi dünyanın 5 ən böyük müdafiə sənayesi sərgisindən biridir.
 
Tədbir mayın 8-dək davam edəcək.
 





28.04.2015    çap et  çap et