525.Az

“Əməyin təhlükəsizliyi SOCAR üçün əsas prioritetdir”


 

“Əməyin təhlükəsizliyi SOCAR üçün əsas prioritetdir”<b style="color:red"></b> "Azərbaycan hazırda həm etibarlı neft təchizatçısı, həm də zəngin alternativ təbii qaz mənbəyi kimi dünya birliyinin diqqət mərkəzindədir".
 
"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Ümumdünya əməyin mühafizəsi gününə həsr olunmuş "Əməyin mühafizəsində önləyici tədbirlərin mədəniyyətini birgə yüksəldək" konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
 
Onun sözlərinə görə, SOCAR əməyin mühafizəsinə xüsusi diqqət yetirir:

"SOCAR bu gün ölkənin quru və dəniz sahələrində müxtəlif növlü mürəkkəb texnoloji əməliyyatlar həyata keçirir. SOCAR-ın beynəlxalq miqyaslı modern, çevik, rəqabətədavamlı şirkətə çevrilmək üçün fəaliyyətimizi şaxələndirir, xaricdə aktivlər alır, şirkətin iştirak coğrafiyasını genişləndiririk. Bununla belə, əsas aktivimiz larımızdır. Ona görə də əməyin təhlükəsizliyi, işçilərin sağlamlığının qorunması bizim üçün əsas prioritetdir. Bu istiqamətdə bütün zəruri tədbirlər görülür".
 
R. Abdullayev qeyd edib ki, istehsalat sahələrinin, binaların, iş yerlərinin müasir standartlara uyğun səviyyədə yenidən qurulması sahəsində böyük uğurlarımız var və bu işlər müntəzəm olaraq davam etdirilir.
 
“Görülən tədbirlər öz bəhrəsini verir. Fəhlə və qulluqçular tərəfindən təhlükəsizlik tələblərinə, əmək və istehsalat intizamı qaydalarına riayət olunması istiqamətində müsbət nəticələr əldə edilib", - deyə SOCAR prezidenti bildirib.
 





28.04.2015    çap et  çap et