525.Az

“Xəzər sahilindəki çimərliklər I Avropa Oyunları zamanı ciddi mühafizə olunacaq”


 

“Xəzər sahilindəki çimərliklər I Avropa Oyunları zamanı ciddi mühafizə olunacaq”<b style="color:red"></b>

“1-ci Avropa Oyunları çimərlik dövrünə təsadüf edir. Keçirilən yarışlar içərisində su idman növləri də var.

Modern.az saytına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev deyib ki, bu idman növləri ilə bağlı insanların təhlükəsizliyinin təmin olunması ciddi vəzifə olaraq qarşımızda durur.

Bildiyiniz kimi, yarışlarda idmançılarla yanaşı, xarici qonaqlar da iştirak edəcək. Yay çimərlik mövsümü olduğuna görə gələn qonaqlar günün müxtəlif saatlarında Xəzər dənizi sahillərinə üz tutacaqlar.

Ona görə də Dövlət Sulardan Xilasetmə Xidməti bütün bunları nəzərə alaraq, bir sıra tədbirlər həyata keçirib. Hazırda proses davam etdirilir”.

O qeyd edib ki, bu ilin yanvar ayından başlayaraq bütün bölgələr üzrə yerləşən struktur bölmələrdə şəxsi heyətlə tədris-metodiki toplantılar keçirilib:

“Şəxsi heyətə çimərlik dövründə xilasetmə işləri ilə yanaşı, oyunlar zamanı baş verə biləcək bədbəxt hadisələrlə bağlı hansı tədbirlərin həyata keçirilməsi bildirilib. Bəzi işçilərə ingilis dilində təhlükəsizlik qaydaları öyrədilib. Çünki xarici qonaqlarla ünsiyyətə girmək üçün xarici dil öyrənmək zərurəti yaradır.

Bundan başqa, Bakı və Abşeronda Xəzər dənizi sahil zolağında - Qaradağ, Sabunçu, Səbail, Xəzər, Suraxanı, Binəqədi ərazilərində monitorinqlər təşkil olunub. Monitorinqlərin nəticələri ilə bağlı Bakı və Abşeronda, eyni zamanda respublika ərazisində Fövqaladə Hallar Nazirliyinin regional mərkəzlərinin təşkilatçılığı ilə rayon müşavirələri təşkil edilib.

Müşavirələrdə ilk növbədə sahil zolağında baş verə biləcək bədbəxt hadisələr əvvəlcədən qiymətləndirilib, həmin ərazilərdə həm ekoloji təmizlik, həm gigiyenik, həm də insan həyatı üçün təhlükə yarada biləcək amillər yerli icra orqanlarının iştirakı ilə aradan qaldırılması yolları öyrənilib. Monitorinqlər respublika ərazisindəki bütün su hövzələrində də həyata keçiriləcək”.

Sektor müdirinin sözlərinə görə, oyunlar zamanı əsas məqsəd insanların təhlükəsizliyinin təmin olunmasıdır:

“Avropa Oyunları zamanı qarşıda duran əsas məqsəd həm vətəndaşların, həm də oyunlarda müşahidəçi qismində iştirak edəcək şəxslərin, həmçinin azarkeşlərin su hövzəsində təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsidir.

Bununla bağlı 14 adda təbliğat materiaları, hətta ingilis dilində məlumatverici lövhələr hazırlanıb.

Hazırda Xəzər dənizi sahil zolağında, çimərlik ərazilərində lövhələrin quraşdırılmsıa prosesinə start verilib. Lövhələr üzərində təhlükəsizlik qaydaları ilə bağlı beynəlxalq işarələr və məlumatlar qeyd olunub”.

 





28.04.2015    çap et  çap et