525.Az

Endryu Lesin vəfat edib


 

Endryu Lesin vəfat edib<b style="color:red"></b>

“Üzüklərin hökmdarı” trilogiyası və “Hobbit” dilogiyasının operatoru Endryu Lesin 59 yaşında vəfat edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün evində ürək tutmasından vəfat edən avstraliyalı operator daha çox həmyerlisi Piter Ceksonla məhsuldar əməkdaşlıq edib. 2003-cü ildə isə “Üzüklərin şahı: üzük qardaşlığı” filminə görə “Oskar mükafatı” qazanmışdı.

Endryu Lesinin son filmi Çanaqqla döyüşlərindən bəhs edən və “oskarlı” aktyor Rassel Krounun ilk rejissor işi olan “Su axtaranlar” filmi olub.

 





28.04.2015    çap et  çap et