525.Az

Məmmədyarov həmsədrlərlə görüşəcək


 

Məmmədyarov həmsədrlərlə görüşəcək<b style="color:red"></b>

Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov aprelin 30-da ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri ilә görüşәcәk.

APA-nın mәlumatına görә, bu barәdә E. Məmmədyarov belçikalı hәmkarı Didye Reynderslә görüşdәn sonra keçirilən mәtbuat konfransında deyib.
 
Nazirin sözlərinə görә, görüş Parisdә baş tutacaq.
 
Qeyd edək ki, həmsədrlərin aprelin 29-da Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.

 





28.04.2015    çap et  çap et