525.Az

Səfər Əbiyev Moskvaya gedib


 

Səfər Əbiyev Moskvaya gedib<b style="color:red"></b> Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişi və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur.
Səfər zamanı müdafiə nazirinin bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarını imzalayacağı da gözlənilir.
 





10.12.2012    çap et  çap et