525.Az

“Həmsədrlərlə əvvəldən danışmışdıq”


 

“Həmsədrlərlə əvvəldən danışmışdıq”<b style="color:red"></b> “Həmsədrlərlə əvvəldən danışmışdıq ki, aprel qurtarsın, ondan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini yerindən necə tərpədə biləcəyimiz barədə fikirləşək”.
 
APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
Nazirin sözlərinə görə, Ermənistan tərəfi müəyyən bəhanələr gətirirdi ki, aprel ayında müəyyən tədbirləri var:
 
“Artıq aprel qurtarır. Aprelin 30-da Parisdə həmsədrlərlə görüşəcək, hansı planları quracağımızı müzakirə edəcəyik.
 
İlk növbədə, Ermənistan qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmalıdır. Ondan sonra atacağımız addımları müəyyənləşdirəcəyik”.
 





28.04.2015    çap et  çap et