525.Az

ARGTMŞ üzvləri “twitter”də I Avropa Oyunlarını dəstəkləyəcək


 

ARGTMŞ üzvləri “twitter”də I Avropa Oyunlarını dəstəkləyəcək<b style="color:red"></b> Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Bakı 2015" 1-ci Avropa Oyunları ərəfəsində “twitter” sosial şəbəkəsində “creatweet” kampaniyayasına start verir.

Şuradan 525.az verilən məlumata görə, #creatweet – ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının "Bakı 2015" 1-ci Avropa Oyunlarına onlayn dəstək kampaniyasıdır.

Kampaniya çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları tərəfindən “Bakı 2015” 1-ci Avropa Oyunlarını dəstəkləyən #haştaqlar yaradılacaq və “tweet”-lər paylaşılacaq.

Günün trendi olan, yüksək maraq doğuran “tweet”-lər yazan iştirakçılar dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Kampaniya çərçivəsində 1-ci yerin qalibi “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet və 600 AZN pul mükafatı, 2-ci yerin qalibi “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet və 400 AZN pul mükafatı, 3-cü yerin qalibi isə “Bakı 2015” 1-ci Avropa Oyunlarının hədiyyə paketi və 300 AZN pul mükafatı əldə edəcək.

Kampaniyada iştirak onlayn qeydiyyat vasitəsi ilə həyata keçirilir. Son qeydiyyat tarixi 8 maydır. Kampaniya haqqında ətraflı məlumatı və qeydiyyat formasını www.creatweet.nayora.az ünvanından əldə etmək mümkündür.
 





28.04.2015    çap et  çap et