525.Az

“Beynəlxalq qurumların uğursuzluğu Qarabağ məsələsindən görünür”


 

“Beynəlxalq qurumların uğursuzluğu Qarabağ məsələsindən görünür”<b style="color:red"></b>

“Beynəlxalq qurumların fəaliyyətinin uğursuzluğu Qarabağ məsələsindən görünür”.

APA-nın məlumatına görə, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
 
O bildirib ki, BMT qətnamələrinə əsasən, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan ərazisinin 20 faizi işğal altındadır:

“Aradan 25 il keçib, amma Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. Bakı Humanitar Forumu ilə Azərbaycan dar çərçivədən bölgəyə baxmadığını, dünyanın problemlərini də müzakirə etdiyini deyir”.
 
H. Çətinin sözlərinə görə, burada müzakirə olunan əsas məsələlərdən biri dünyada təhlükəsizliyin yenidən təmin olunmasıdır:
 
“Yeni dünya quruluşu olmalıdır, əvvəlki quruluş iflasa uğrayıb. Problemlər həllini tapmayıb. Bunun Bakıda konfransda müzakirə olunması Azərbaycan üçün çox önəmlidir, dünya miqyasında uğurdur. Azərbaycan dünya üçün vacib ölkəyə çevrilib, sürətlə inkişaf edir.

Ümid edirəm, dünya bunları eşidər və həll olunmayan münaqişələri həll edər, bu bölgədə sülhü təmin edər”.

 





28.04.2015    çap et  çap et