525.Az

Multikulturalizm Mərkəzi Litva Pedaqoji Universitetində monitorinq keçirib


 

Multikulturalizm Mərkəzi Litva Pedaqoji Universitetində monitorinq keçirib <b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində  dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.

Bu universitetlərdən biridə Litva Pedaqoji Universitetidir. Bu universitetə Multikulturalizm Mərkəzi tərəfindən monitorinq məqsədi ilə AMEA-nın Fəlsəfə və Hüquq İnsititutunun direktoru İlham Məmmədzadə, dərs prosesinin mətbuatda işıqlandırılması  məqsədi ilə Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Firuzə Abbasova ezam olunub.

Monitorinq zamanı Litva Pedaqoji Universitetində professor Rafael Həsənov tərəfindən tədris edilən "Azərbaycan multikulturalizmi" dərsinin "Etnik müxtəliflik və Azərbaycan multikulturalizmi" adlı ingilis dilində mühazirə dinlənilib. 20 tələbənin iştirakı ilə dərs çox maraqlı və interaktiv keçib.

Mühazirənin sonunda professor İlham Məmmədzadə tələbələrlə tanış olub və onlara dərslərində uğurlar arzu edib. Tələbələrə Multikulturalizm Mərkəzinin hazırladığı hədiyyələr təqdim olunub.

Həmçinin "Azərbaycan multikulturalizmi" fənninin tədris olunduğu auditoriyada türkiyəli tələbələrin çoxluğunu nəzərə alaraq Litvadakı bir neçə Universitetdə Türkiyə nümayəndəsi olan Güngör Aydemir ilə görüş keçirilib. O başqa xarici dövlətlər kimi Türkiyədən gələn təbələrin də bu dərsə maraq göstərdiyini və bu fənni öz tədris semestrlərinə daxil etmək istədiklərini bildirib. Güngör Aydemir bir neçə mühazirədə iştirak etdiyini və dərslərin çox maraqlı keçdiyini vurğulayıb.

Sonra mühazirədə iştirak edən Danqoliya Bilayte Şalaveya "Azərbaycan multikulturalizmi"  fənninin tədrisi zamanı mühazirələrin  onun Azərbaycan haqqında biliklərini daha da zənginləşdirdiyini və bu fənnin tədrisi onların Multikulturalizm Mərkəzi ilə, tələbələr və universitetlər arasında olan əlaqələrin güclənməsi üçün çox böyük təkan olduğunu söylədi.

O qeyd etdi, ki bu fənn sayəsində o Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqlar, Azərbaycanda olan tolerantlıq və multikulturalizm haqqında geniş məlumat alır.

Ezamiyyət  müddətində Azərbaycan Respublikasının Litvadakı səfirliyində səfir Həsən Məmmədov və birinci katib Rufan Nəbiyevlə görüş keçirilib.

Görüş zamanı səfir Həsən Məmmədzadə "Azərbaycan multikulturalizmi" fənninin Litva Pedaqoji universitetində tədris edilməsi Litva və Azərbaycanın təhsil sahəsində olan münasibətlərini daha da inkişaf etdirdiyini və gücləndirdiyini qeyd edib.

Səfir Litva Pedaqoji Universitetində Nizami Gəncəvi adına auditoriyanın açılmasından, Litva və Azərbaycan arasənda münasibətlərin inkişafından, Litvada təhsil alan azərbaycanlı tələbələr haqqında məlumat verib.

Professor İlham Məmmədzadə də "Azərbaycan multikulturalizmi" fənninin Litva Pedaqoji Universitetində tədrisinin çox yüksək səviyyədə olduğunu və bu faktorun iki ölkənin təhsil sahəsində olan münasibətlərinə müsbət təsir etdiyini vurğulayıb.

Daha sonra  Litva Pedaqoji Universitetinin Beynəlxalq münasibətlər şöbəsinin müdiri Dr. Loreta Çokiedze  və eyni zamanda həmin universitetin İnkişaf və Münasibətlər Direktoratının direktoru Kestutis Şalaveyus ilə görüş keçirilib.

Dr. Loreta Çokiedze bir neçə gün bundan əvvəl  Rafael Həsənovu Vilnüs Universitetinə mühazirəyə dəvət etdiyini və professorun orada "Multikonfessionalizm və multikulturalizm Azərbaycanda" adlı mühazirə oxuduğunu qeyd edib. Universitetin müəllim və tələbə heyəti  mühazirəni çox maraqla dinləyib. Litva Pedaqoji Universitetində Nizami Gəncəvi adına auditoriyanın olması onu çox sevindirdiyini və xarici tələbələr üçün Azərbaycanın çox maraqlı olduğunu bildirib. Dr. Loreta Çokiedze Multikulturalizm Mərkəzinin loqosun çox gözəl, müasir və mənalı olduğunu xüsusilə qeyd edib.

Kestutis Şalaveyus Bakıda olduğunu , Azərbaycan və  azərbaycanlıları çox sevdiyini söyləyib. Söhbət zamanı  "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici universitetlərdə tədris olunmasından bəhs edilib.

Monitorinq zamanı Litva Pedaqoji Universitetinin rektoru Algirdas Qayjutis ilə də görüş keçirilib. Professor Algirdas Qayjutis Azərbaycanda olduğunu  və konfranslarda iştirak etdiyini vurğulayıb.

Görüşdə Azərbaycanda və Litvada olan multikulturalizmdən danışılıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranmasından və fəaliyyətindən,"Azərbaycan multikulturalizmi" fənninin universitetdəki tədrisindən və elmin insanları necə birləşdirdiyindən bəhs edilib. 

Həmçinin rektor Algirdas Qayjutis  və professor İlham Məmmədzadə fərqli illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin məzunu olduqları üçün fəlsəfədən çox maraqlı söhbət açılıb.

Söhbətin sonunda professor Algirdas Qayjutisə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdiyi kitabça və hədiyyə paketi təqdim olunub.

 





28.04.2015    çap et  çap et