525.Az

“Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi dialoq yaratmalıdırlar”


 

“Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi dialoq yaratmalıdırlar”<b style="color:red"></b>

“Böyük dövlətlərin liderliyi olmadan norma və qaydaları qəbul etmək, onları tətbiq etmək çətin olacaq”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın sabiq prezidenti Bill Klintonun xüsusi köməkçisi olmuş Mark Mediç deyib.
 
Onun sözlərinə görə, böyük dövlətlərdən daha çox liderlik tələb olunur:
 
“Səmimi olaraq deyim ki, mən daha çox diplomatiyanın tərəfdarıyam. Hesab edirəm ki, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi dialoq yaratmalıdırlar. Bu yolla böyük dövlətlər ticarət əməkdaşlığı yarada bilərlər.

Avropa İttifaqı Rusiya, Qazaxıstan və Belarusla daha çox əməkdaşlıq edə bilər. ABŞ-ın səhvi odur ki, Çinin təşəbbüs etdiyi Asiya İnfrastruktur Bankına qoşulmadı. Bu demək deyil ki, biz hər şeylə razıyıq, amma tərəf müqabillərinin təklifləri ilə işləməyi bacarmaq lazımdır”.
 
Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa isə bununla razılaşmayaraq qeyd edib ki, hansısa ölkə dünya təhlükəsizliyinə cavabdeh olmamalıdır:

“Onlar öz sərhədləri daxilində, qonşuları ilə sülhə cavabdehlik daşıyır. Onlar dünya ölkələrinin müqəddəratını həll edə bilməzlər. Mən ölkənin sabiq rəhbəri kimi böyük dövlətlərin bütün qərarları verməsini düzgün hesab etmirəm. Məncə, dünya ölkələri böyük ölkələrin qərarları üzərində qurula bilməz”.

 





28.04.2015    çap et  çap et