525.Az

"Real" Kasilyasla yollarını ayırır


 

"Real" Kasilyasla yollarını ayırır<b style="color:red"></b>

"Real"ın qapıçısı İker Kasilyas mövsümün sonunda komandadan ayrıla bilər.

Qol.Az-ın "Onda Cero"ya istinadən verdiyi məlumata görə, Madrid təmsilçisinin prezidenti Florentina Perez Kasilyasın komandadan getməsini istəyir.

Artıq Kasilyasa əvəzləyici də tapılıb. "Kral klubu" "Mançester Yunayted"in qapıçısı David de Xeanı transfer etməyi planlaşdırır. Lakin İngiltərə təmsilçisi de Xeanı satmağı düşünmür. "Real"ın ispaniyalı qolkiper üçün "Mançester Yunayted"ə yüksək məbləğ təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, "Real"la 2017-ci ilə qədər müqaviləsi olan Kasilyas daha öncə verdiyi açıqlamasında komandadan ayrılmaq istəmədiyini bildirib.

 





28.04.2015    çap et  çap et