525.Az

“Qafqazdakı münaqişə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə apara bilərdi”


 

“Qafqazdakı münaqişə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə apara bilərdi”<b style="color:red"></b>

“Ötən əsrin 90-cı illərində Şimali Qafqazdakı münaqişə Rusiyadakı hadisələrin Yuqoslaviya ssenarisi üzrə inkişafına səbəb ola bilərdi”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Xalq Cəbhəsi media-forumunda çıxışı zamanı deyib.
 
“Bu hansısa adi lokal münaqişə deyildi. İş ondadır ki, bu lokal münaqişə Rusiyadakı durumun real olaraq Yuqoslaviya istiqaməti üzrə inkişafına gətirib çıxara bilərdi”, - deyə o vurğulayıb.
 
Putin bildirib ki, həmin vaxt beynəlxalq terrorizmlə mübarizədə ciddi nəticə əldə etmək çox çətin olub: “Lakin o zaman terrorçularla mübarizə aparan insanlar bunun öhdəsindən gələ bildilər”.

 





28.04.2015    çap et  çap et