525.Az

Prezident Belçika baş nazirinin müavinini qəbul edib


 

Prezident Belçika baş nazirinin müavinini qəbul edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğu bildirilib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu qeyd edilib, Belçika şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinin önəmi vurğulanıb, Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.

Söhbət zamanı qeyri-neft sektoru, mədəniyyət, viza verilməsinin sadələşdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





28.04.2015    çap et  çap et